16:13 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
537751

Səbail RPİ-də ərəb turistin ölməsi ilə bağlı bir versiya da var: "Burada bir çox ərəb kişiləri özlərini çox sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Bəlkə də ona görə turistin orqanizmi davam gətirməyib".

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 11 avq-Sputnik. Neftçilər prospektindəki JW Marriott Absheron otelindəki nömrələrdən birində ərəb turistinin cəsədi aşkar edilib. Bu barədə Sputnik-ə Səbail rayonu Polis İdarəsindən məlumat verilib.

Turistin şəxsiyyəti müəyyən edilib. Aşkarlanan cəsəd 1953-cü il təvəllüdlü, Səudiyyə Ərəbistanının vətəndaşı Əlmuhanna Məhəmməd Əli Aminə məxsusdur. Cəsəddə zorakılıq əlamətlərinə rast gəlinməyib.

Məhkəmə-tibb ekspertləri artıq 270 kiloqram çəkisi olan ərəbin cəsədini yarıblar. Onlar həmin şəxsin ürək tutmasından ölməsi qənaətinə gəliblər. Ekspertlər həmçinin Əlmuhannanın şəkərli diabetdən əziyyət çəkdiyini aşkar ediblər. Ölməzdən əvvəl ərəb turistin qarın nahiyəsinə insulin vurulduğu məlum olub.

Əlmuhanna Məhəmməd Əli Aminin Azərbaycana tək gəldiyi də məlum olub. Hazırda patoloqoanatomlar cəsədi Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinə təhvil vermək üçün materialları hazırlayırlar.

Səbail RPİ-də ərəb turistin ölməsi ilə bağlı bir versiya da var: "Son zamanlar Bakıya ərəb turistlərinin axını müşahidə olunur. Lakin problem ondadır ki, burada bir çox ərəb kişiləri özlərini çox sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Bəlkə də ona görə turistin orqanizmi davam gətirməyib".

Lakin bu sadəcə mülahizədir. Hazırda fakt üzrə araşdırmanı Səbail prokurorluğu aparır.

Əlaqədar

Azərbaycana hər gün 600-dən çox ərəb turist gəlir
"Azərbaycana gələn ərəb turistlərin sayı get-gedə artır"
Ərəb şeyxlərindən sensasiyalı açıqlama: "Qadınlara..."
Ərəb şeyxlərinə Azərbaycanda ov etmək icazəsi rəsmən verildi
Teqlər:
JW Marriott Absheron, ərəb turistlər, ərəb, Səbail Rayon Polis İdarəsi, Azərbaycan, Əlmuhanna Məhəmməd Əli Amini

Əsas mövzular