22:40 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
81001

Toğrul Məmmədov:"ANS TV-nin tezliyində hər hansı bir televiziya kanalı yayımlanmır və hazırda həmin tezlik boşdur".

BAKI, 5 avq-Sputnik. "ANS TV-nin tezliyində hər hansı bir televiziya kanalı yayımlanmır və hazırda həmin tezlik boşdur".

Sputnik "Report"a istinadla xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, ANS TV-nin tezliyində yayımlandığı iddia edilən "Günəş" TV Qubada fəaliyyət göstərən uşaq kanalıdır: "Günəş" TV region kanalıdır və ona verilən lisenziya ilə yalnız regionda fəaliyyət göstərə bilər. Həmin TV-nin ANS-in tezliyində yayımlanmağa ixtiyarı yoxdur".

T.Məmmədov bildirib ki, ANS TV-nin tezliyi müsabiqə əsasında hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq.

Qeyd edək ki, "Günəş TV" 1 aprel 2015-ci il tarixindən Azərbaycanın şimal bölgəsində yayıma başlayıb və yalnız uşaqlar üçün verilişlər verir.
Bundan əvvəl həmin kanal "Qütb" TV adı ilə fəaliyyət göstərib.

"ANS Müstəqil Yayım və Media" Şirkəti Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə qərarından kassasiya şikayəti verib. Kassasiya şikayəti bu gün Ali Məhkəməyə təqdim edilib. Kassasiya şikayətinə yaxın günlərdə baxılacaq.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

Daha sonra MTRŞ "ANS Müstəqil Yayım və Media" Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib.

Əlaqədar

ANS Ali Məhkəməyə müraciət etdi
Məhkəmə ANS-in lisenziyasını ləğv etdi
ANS-lə bağlı məhkəməyə müraciət olundu
ANS-in yayımının dayandırılması ilə bağlı rəsmi qərar verildi
Milli Televiziya və Radio Şurası ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yayıb
ANS telekanalının yayımı dayandırılıb
Teqlər:
ANS, ANS TV, Günəş TV, Milli Televiziya və Radio Yayımları Şurası (MTRŞ), Toğrul Məmmədov

Əsas mövzular