02:41 24 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
Человек в маске балаклавы. Архивное фото

Yasamalda törədilən dəhşətli cinayətin üstü açılıb

© Sputnik / Grigory Sysoyev
CƏMİYYƏT
Qısa URL
147 0 0

Tanışı ilə birlikdə ögey anasını öldürən qız həbs olunub.

BAKI, 2 avq-Sputnik. Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb.

Bu barədə məlumat Sputnik-ə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olub.

Məlumatda bildirilir ki, iyulun 27-də saat 11 radələrində Yalçın Ramazanov tanışı Nəzrin Əliyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib.

Sonuncunun analığı Tatyana Alimovanın yaşadığı Yasamal rayonunda yerləşən mənzilindən qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə, özünü Qaz istismarı idarəsinin əməkdaşı kimi təqdim etməklə qanunsuz mənzilə daxil olub.

Hücuma məruz qalmış Tatyana Alimovanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib.

Alimovanın əllərini və boğazını yapışqan lentlə bağlayaraq yumruqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə basqın edib, evdə olan qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində Yalçın Ramazanov və Nəzrin Əliyeva cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Bu qədər dəhşətli cinayət görünməmişdi
İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilib
Hərbi zavodda baş vermiş partlayışla bağlı cinayət işi açıldı
Gəncədə dəhşətli cinayət
Ata-oğulun bıçaqlayan kəndlilər barəsində cinayət işi açıldı
Teqlər:
zorakılıq, Tatyana Alimova, Bakı şəhər Baş Polis İdarəsi, Yasamal, Cinayət Məcəlləsi, cinayət

Əsas mövzular