CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ANS Ali Məhkəməyə müraciət etdi

© Photo : REPORTAli Məhkəmə
Ali Məhkəmə - Sputnik Azərbaycan
Abunə olmaq
ANS TV Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 iyul 2016-cı il tarixi, 2-1(103) 1846/16 saylı qərarından kassasiya şikayətini təqdim edib.

BAKI, 1 avq — Sputnik. ANS teleşirkəti lisenziyasının ləğvi barədə qərarı qüvvədən düşürmək üçün növbəti məhkəmə instansiyasına müraciət edib.

ANS Şirkətlər Qrupunun Hüquq Xidmətinin rəisi Sevda Məhərrəmovanın verdiyi məlumata görə, bu gün ANS TV Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 29 iyul 2016-cı il tarixi, 2-1(103) 1846/16 saylı qərarından kassasiya şikayətini təqdim edib. Məhkəmə prosesinin vaxtı ilə bağlı əlavə məlumatlar yaxın günlərdə veriləcək.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində MTRŞ-nin “ANS Müstəqil Yayım və Media” şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılıb və şirkətin lisenziyası ləğv edilib.

Xəbər lenti
0