09:09 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
34411

Ananın qeyri-rəsmi əri 6 yaşlı qızını küçənin ortasında döyərək öldürüb.

BAKI, 1 avq-Sputnik. Azərbaycanda azyaşlı uşağı döyərək qətlə yetiriblər və küçənin ortasına atıblar.

Sputnik hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində zorakılıq əlamətləri olan meyiti küçədən tapılıb.

Uşağın anası Samirə Narıyeva polisə xəbər verərək qızının avtomobillə vurulması nəticəsində öldüyünü bildirib.

Araşdırmalar zamanı məlum olub ki, qız avtomobillə vurularaq öldürülməyib. O, vəhşicəsinə döyülərək qətlə yetirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əvvəllər məhkum olunmuş Elnur Hacıyev tərəfindən törədildiyi məlum olub.

E. Hacıyev saxlanılıb və o öz ilkin ifadəsində azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.

Saxlanılan şəxsin öldürdüyü azyaşlı qızın anası ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Əlaqədar

Gündəmi dəyişən qətl: niyə Pavel Şeremet?
Bakıda dəhşətli qətl
Açılmayan qətl
İstirahət mərkəzində qətl törədildi
Bakıda dəhşətli qətl törədilib
İki müəmmalı qətl
Teqlər:
qətl, Xırdalan, hüquq-mühafizə orqanları, Azərbaycan

Əsas mövzular