05:19 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
85 0 0

Rəsul Mirhəşimli: "Allaha və dinə inanmamaq hər kəsin hüququdur. Kimsə bu hüquqa qarışa bilməz. Eyni zamanda, dini inanc da insanların öz seçimidir və heç kim bu seçimə müdaxilə etmək hüququna malik deyil"

BAKI, 27 iyul — Sputnik. "Uşaqları İslam dinini seçməyə məcbur etməklə bağlı iddia həddindən artıq primitiv yanaşmadır. Görünür, bunu deyən adam özünü pedaqoq saysa da, dini anlayışları çox primitiv səviyyədədir. İslam dini bu inanc sisteminə daxil olması üçün insanın həddi-büluğ yaşında seçim etmək ixtiyarı verir".

Bunu araşdırmaçı jurnalist Rəsul Mirhəşimli, Sputnik Mətbuat Mərkəzində "Sekulyar dövlətçilik və dini radikalizm: cəmiyyət hara gedir" mövzusunda keçirilən debatda səslənən bəzi fikirlərə münasibət bildirərkən deyib.

"Həmin pedaqoq bir şeyi də bilməlidir ki, təhsil məsələsində valideynin uşaqların üzərində nəzarəti birmənalıdır. Bu ərazidə yaşayan əhali 1400 ildir, müsəlman olaraq yaşayırsa, kiminsə deməsi ilə dinin vaxtı keçmir", — R. Mirhəşimli bildirib.

Jurnalistin sözlərinə görə, bunu deyən bir qədər də uzağa gedib, mənasız şəkildə iddia edir ki, "Quran" indiki dünya ilə uyğun gəlmir: "Güman edirəm ki, adamın dünya haqqında düşüncələri dumanlıdır. Həmin şəxsin "Quran" ehkamı barədə ümumiyyətlə, təsəvvürü olmadığı üçün adama dini baxımdan cavab vermək istəmirəm. Hər kəs dini seçməkdə sərbəstdir və bu azadlıq Azərbaycan Konstitusiyasında və "Dini etiqad azadlığı haqqında" Qanunda əks olunub".

"Keçirilən tədbirin mahiyyətində təkcə insanların dini inancını aşağılamaq cəhdindən əlavə, eyni zamanda vətəndaş hüquq və azadlıqlarına qarşı çıxmaq meylləri də açıq-aşkar hiss olunur. Kiminsə Allaha və dinə inanmaması öz hüququdur. Kimsə bu hüquqa qarışa bilməz. Eyni zamanda, həmin tədbirin təşkilatçıları da anlamalıdırlar ki, dini inanc da insanların öz seçimidir və seçimə müdaxilə etmək hüququnu onlara kimsə verməyib", — araşdırmaçı qeyd edib.

Onun dediyinə görə, islam dini zorakılığı açıq şəkildə pisləyir: "Biz də hesab edirik ki, istənilən terrorçu təşkilatın bu ölkədə qol-qanad açmasına imkan vermək olmaz. Hesab edirəm ki, Azərbaycanın bu təşkilatların ölkədə fəaliyyətinə imkan verməyəcək qədər gücü var. Ölkənin inanclı insanlarının da düşüncəsində radikal meyllərin yaranmasının qarşısını normal dini təbliğatla alınması yönündə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumları var".

"İslam dini insanı yeri üzünün ən şərəflisi sayan dindir. Kimsə özünü bu şərəfə layiq bilmirsə, öz seçimində azaddır. Kimsə atesit olmaqda nə qədər azaddırsa, başqaları da dini inanc olaraq seçməkdə o qədər sərbəstdir. Hesab edirəm ki, belə həssas mövzuda vətəndaşlarımız insanların dini inancına sayğı ilə yanaşmalıdırlar", — R. Mirhəşimli vurğulayıb.

Əlaqədar

Xristian dünyasında güclü anti-islam təbliğatı başlayıb
"İslam dünyası acınacaqlı dövr yaşayır"
Misirin islamçı prezidenti barədə verilən hökmdən bir il ötdü
"Yas adı ilə keçirilən banketlərin islam dininə heç bir aidiyyatı yoxdur"
"Azərbaycan islamofobiyaya qarşı çox ciddi mübarizə aparır"
İslam aləminə böyük müjdə!
Teqlər:
ateist, Elşad Vəliyev, İslam dini, Rəsul Mirhəşimli, valideyn, seçim, din, müsəlman, uşaq

Əsas mövzular