CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Berni Ekklstoun qaynanasının oğurlanmasına sakit qalmayacaq"

© Sputnik / Murad OrujovFormula 1 oyunlarının rəsmi elçisi Rəhim Əliyev
Formula 1 oyunlarının rəsmi elçisi Rəhim Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Rəhim Əliyev: "Braziliyada insan oğurluğu çox tez-tez baş verir. Amma bu hadisə ölkədə ən bahalı insan oğurluğu kimi tarixə düşə bilər"

BAKI, 26 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, Formula 1-in kommersiya direktoru Berni Ekklstounun qaynanası oğurlanıb. Qadın San Pauluda qaçırılıb və onun qaytarılması üçün tələb edilən məbləğ 120 milyon Braziliya realıdır (36,5 milyon ABŞ dolları). Tələb olunan məbləğ Braziliya tarixindəki ən böyük məbləğdir.

Formula 1-in kommersiya direktoru Berni Ekklstounun qaynanası oğurlanıb - Sputnik Azərbaycan
HADİSƏ
Formula 1-in kommersiya direktorunun qaynanası oğurlandı

Məsələ ilə bağlı, Bakıda keçirilən Formul 1 Avropa Qran-Prisinin rəsmi elçisi Rəhim Əliyev Sputnik-ə açıqlamasında, bu barədə onlarda konkret məlumat olmadığını deyib: "Formula 1 Avropa Qran Prisinə Formula 1-in kommersiya direktoru Berni Ekklstoun həyat yoldaşı Fabiana Flozin ilə birlikdə gəlib. Qayınanası haqqında isə heç bir məlumatımız yoxdur".

"Braziliyada insan oğurluğu çox tez-tez baş verir. Amma bu hadisə ölkədə ən bahalı insan oğurluğu kimi tarixə düşə bilər", — deyə elçi bildirib.

O, qeyd edib ki, Berni Ekklstoun bu işin ucunu buraxmayacaq: "Oğrulara layiqli cəzalar verilənə kimi, o, sakit dayanmayacaq".

Xəbər lenti
0