03:21 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Formula 1 oyunlarının rəsmi elçisi Rəhim Əliyev

"Berni Ekklstoun qaynanasının oğurlanmasına sakit qalmayacaq"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
2001

Rəhim Əliyev: "Braziliyada insan oğurluğu çox tez-tez baş verir. Amma bu hadisə ölkədə ən bahalı insan oğurluğu kimi tarixə düşə bilər"

BAKI, 26 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, Formula 1-in kommersiya direktoru Berni Ekklstounun qaynanası oğurlanıb. Qadın San Pauluda qaçırılıb və onun qaytarılması üçün tələb edilən məbləğ 120 milyon Braziliya realıdır (36,5 milyon ABŞ dolları). Tələb olunan məbləğ Braziliya tarixindəki ən böyük məbləğdir.

Məsələ ilə bağlı, Bakıda keçirilən Formul 1 Avropa Qran-Prisinin rəsmi elçisi Rəhim Əliyev Sputnik-ə açıqlamasında, bu barədə onlarda konkret məlumat olmadığını deyib: "Formula 1 Avropa Qran Prisinə Formula 1-in kommersiya direktoru Berni Ekklstoun həyat yoldaşı Fabiana Flozin ilə birlikdə gəlib. Qayınanası haqqında isə heç bir məlumatımız yoxdur".

"Braziliyada insan oğurluğu çox tez-tez baş verir. Amma bu hadisə ölkədə ən bahalı insan oğurluğu kimi tarixə düşə bilər", — deyə elçi bildirib.

O, qeyd edib ki, Berni Ekklstoun bu işin ucunu buraxmayacaq: "Oğrulara layiqli cəzalar verilənə kimi, o, sakit dayanmayacaq".

Əlaqədar

Paytaxtda külli miqdarda oğurluq
Braziliyada naməlum şəxs Olimpiya məşəlini oğurlamağa cəhd edib
Etibar Məmmədovun "yadigarı"nı oğurlayıblar
Köln kilsəsindən Roma papası II İohann Pavelin əmanətini oğurladılar
Şəhidin "qan pulu"nun oğurlanmasına dair şok fakt
"Dedilər, Mircəfər Bağırov səsini oğurlayacaq, getmə..."
Teqlər:
Rəhim Əliyev, Fabiana Flozin, Avropa Qran-Prisi, insan oğurluğu, San Paulu, Berni Ekklstoun, Formula 1

Əsas mövzular