17:50 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
4901

Nuridə Allahyarova: "İndiyə qədər kondisioner sistemi ilə bağlı daşıyıcının qarşısında şərt qoyulmadığı üçün daşıyıcılar da kondisioner sistemi olan avtobuslar almayıb. Ancaq gələn ildən belə olmayacaq"

BAKI, 25 iyul — Sputnik. Gələn ildən etibarən Bakıda kondisioner sistemi olmayan avtobuslar xəttə buraxılmayacaq. Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, avtobuslarda kondisioner sisteminin olması hazırlanmaqda olan Bakının Vahid Nəqliyyat Konsepsiyasında şərt irəli sürülüb: "Bu gün Bakıda fəaliyyət göstərən 2010 avtobusdan cəmi 251-də kondisioner var və onların da 201-i "BakuBus" MMC-yə məxsusdur".

"İndiyə qədər kondisioner sistemi ilə bağlı daşıyıcının qarşısında şərt qoyulmadığı üçün daşıyıcılar da kondisioner sistemi olan avtobuslar almayıb. Ancaq gələn ildən belə olmayacaq. İndi birdən-birə kondisioner sistemi olmayan avtobusların xətlərdən yığışdırılması nəqliyyatı iflic vəziyyətə sala bilər. Ona görə bu il üçün güzəşt edilir, ancaq gələn ilin yayından etibarən, yəni gələn il mayın 25-dən sentyabrın 15-dək kondisioner sistemi olmayan avtobuslar qalmayacaq. Kondisioner sistemi olmayacağı təqdirdə avtobuslar xətlərə buraxılmayacaq", — Allahyarova qeyd edib.

Əlaqədar

Avtobus qəzası ilə bağlı cinayət işi açıldı
Xızıda avtobusun aşması nəticəsində xəsarət alanlardan biri komadadır
Səhiyyə naziri Xızıda avtobus qəzasında xəsarət alanları ziyarət edib
Bakıya 250 avtobus gətirilib
Bakıda avtobus yanıb
Bakıda qəza törədən avtobus sürücüsü tutuldu
Teqlər:
kondisioner, Nuridə Allahyarova, marşrut, xətt, Bakı Nəqliyyat Agentliyi, avtobus

Əsas mövzular