06:12 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
5701

Layihə əsasında yerli icra və daxili işlər orqanlarının, uşaq sahə inspektorlarının iştirakı ilə orta ümumtəhsil, internat məktəbləri və tərbiyə müəssisəsində maarifləndirici seminarlar və təlimlər keçirilməsi nəzərdə tutulub

BAKI, 19 iyul — Sputnik. "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi "Ekstremizmə Yox De! Dini radikallıq, ekstremizmin mənfi təzahürlərinin qurbanı olmuş şəxslərin psixo-sosial sağlamlığının bərpasına dair tədbirlər" layihəsinin icrasına başlayıb. Qurumdan Sputnik-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə dini radikallıq və ekstremizm qurbanı olmaq riskində olan uşaq və gənclər arasında dini radikallıq və ekstremizmin mənfi təzahürlərinin təbliğini və dini radikallığın qurbanı olmuş şəxslərin psixo-sosial sağlamlığının bərpasından bəhs edir.

Layihə əsasında yerli icra və daxili işlər orqanlarının, uşaq sahə inspektorlarının iştirakı ilə orta ümumtəhsil, internat məktəbləri və tərbiyə müəssisəsində maarifləndirici seminarlar və təlimlər keçirilməsi nəzərdə tutulub. Layihənin məqsədi dini radikalizm və ekstremizmin təsirlərinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsidir.

Layihədən orta ümumtəhsil məktəblərinin, internat məktəblərinin şagirdləri, gənc valideynlər, dini ekstemizmin və radikallığın qurbanı olan uşaqlar faydalana biləcəklər. Təhsil müəssəsilərində təşkil ediləcək görüşlər zamanı Azərbaycan Respublikasının "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktası" Haqqında Qanununa uyğun olaraq maarifləndirici və preventiv məqsədləri əhatə edir.

Layihə vasitəsilə "Dini ekstremizm qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanununun təbliği nəzərdə tutulub. Yeniyetmələr, gənclər və valideynlərlə keçiriləcək görüşlərdə Azərbaycanın multikulturalizm mədəniyyəti, tolerantlıq, milli mənəvi dəyərləri və ekstremizmin mənfi təzahürləri göstəriləcək.

Layihə eyni zamanda sosial təhlükəli vəziyyətdə olan uşaqlara sosial dəstək dəstək xidmətlərinin göstərilməsi məsələsini məqsəd qoyub. Ekstremizmin qurbanı olan uşaqların psixo-sosial sağlamlığının yaxşılaşdırılması üçün müvafiq dövlət və qeyri-hökümət təşkilatları, sosial xidmət mərkəzləri ilə əməkdaşlıq həyata keçiriləcək. Vətəndaşlar birbaşa olaraq "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzində psixo-sosial dəstək və məsləhət xidmətlərindən yararlana biləcəklər.

Əlaqədar

"Dini radikalizmə qarşı mübarizəni gücləndirməliyik"
Radikalizm və islamofobiya siyasi liderlərin "zəhmət"inin bəhrəsidir
Fransız senator: Azərbaycan radikal islama qarşı mübarizə aparır
"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun I oxunuşdan keçib
Teqlər:
radikallıq, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi, QHT, ekstremizm

Əsas mövzular