04:25 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
883851

Eyyub Hüseynov: ""Karvan" və "Şəki" siqaretlərinin satışa çıxarılması əhalinin narkomaniyaya tutulmasına şərait yaradır"

BAKI, 15 iyul — Sputnik. "Bazarlarımız intensiv şəkildə çirkləndirilir, istehlakçıların şikayətləri artıb".

Bunu Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Azərbaycanda keyfiyyətsiz tütün məhsulları — məişət narkomaniyasına yol" mövzusunda keçirilən konfransda, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Şəki şəhərində yerləşən firmalardan biri tərəfindən filtersiz siqaret istehsal edilir və bu təhlükəli məhsul artıq satışa çıxarılıb: "Tütündən istifadə məişət narkomaniyasıdır. Bütün ölkələr onun azaldılması üçün müxtəlif səylər göstərir. Hələ 2001-ci ildə AİB filtersiz siqaret istehsal edən altı müəssisənin fəaliyyətinin dayandırılmasına dəstək verib və həmin il oktyabrın 31-də Nazirlər Kabinetinin qərarı ilə onların fəaliyyəti dayandırılıb. Lakin buna baxmayaraq yenidən təhlükəli tütün məmulatlarının istehsalına başlanılıb".

Ekspert hesab edir ki, sahibkarlar hökumət tərəfindən yaradılan şəraitdən sui-istifadə edirlər və nəticədə yerli bazar çirklənir, insanların sağlamlığı isə təhlükə altına düşür: ""Karvan" və "Şəki" siqaretlərinin satışa çıxarılması əhalinin narkomaniyaya tutulmasına şərait yaradır. Məlumdur ki, bu tip siqaretlər narkotik çəkilməsində ən vacib vasitədir".

"AİB siqaret qiymətlərinin yüksək olmasının və daha da yüksəldilməsinin tərəfdarıdır. Birlik, həmçinin bu siqaretlərin 40-50 qəpiyə satılmasını pisləyir və əhalini siqaret çəkməkdən imtina etməyə çağırır", — deyə o bildirib.

Lakin yerli bazarın çirklənməsi tək filtersiz siqaretlərlə bağlı deyil. E. Hüseynovun sözlərinə görə, Birliyə daxil olan şikayətlərin sayı ilə yanaşı, həm də növləri artır: "Ukraynadan Azərbaycana idxal olunan, əsasən ərəb dilində markalanmış "ULAR" dondurulmuş toyuq budları, "Frozen chicken" — "Katkut" markalı dondurulmuş toyuqlar, istehsal prosesində 30%-ə qədər su ilə zənginləşdirilərək satışa çıxarılır. Bu məhsulların 1 kq-nın donu açılanda 650-700 qram toyuq məhsulu əldə olunur. Bu həm istehsalçıların aldanmasına, həm də malın keyfiyyətinin pozulmasına səbəb olur".

Neqativ hallar yumurta satışı ilə də müşahidə olunur. Belə ki, son aylar Türkiyədən Azərbaycana idxal olunan yumurtalar yararlılıq müddəti keçmiş, əksər hallarda "Salmanella" virusu ilə zəngin təhlükəli yumurtalardır. Ekspert hesab edir ki, onlar əsl təhlükə mənbəyidir.

Əlaqədar

Siqaret çəkməyə görə ölüm cəzasından xəbəriniz vardı?
Külli miqdarda siqaretin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Marketlərdə ajiotaj: siqaret böhranı dərinləşir
Bakıda növbəti "siqaret böhranı" başlayıb
Siqaretlər ucuzlaşıb, amma ən zəif satılanlar
Bu siqaretlər satışdan yığışdırılacaq
Teqlər:
"Şəki", "Karvan", istehlak, AİB, narkomaniya, Eyyub Hüseynov, istehsal, Azad İstehlakçılar Birliyi, siqaret, bazar

Əsas mövzular