21:43 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
781 0 0

Samir Əliyev: "Azərbaycanda minimum əmək haqqı sonuncu dəfə təxminən 3 il öncə - 2013-cü ilin sentyabrın 1-də 105 manata qaldırılıb. Həmin dövrdə bu göstərici 134 dollara bərabər idi"

BAKI, 13 iyul — Sputnik. 2016-cı ildə keçmiş SSRİ ölkələrinin əksəriyyətində minimum əmək haqqı artırılıb. Rusiyada minimum əmək haqqı (MƏH) iyul ayının 1-dən etibarən 117 dollara (7500 rubl) qaldırılıb.

Bunu iqtisadçı-ekspert Samir Əliyev şəxsi "Facebook" səhifəsində yazıb. "Ondan əvvəl isə Ukraynada — may ayının 1-dən minimum əmək haqqının aylıq məbləği 58,4 dollara (1450 qrivna), saatlıq məbləği 0,35 dollara (8,69 UAH) yüksəldilib. Ukraynada 2016-cı il dekabrın 1-dən yeni artım olacaq və aylıq MƏH 62,4 dollar (1550 qrivna), saatlıq isə 0,37 dollar (9,29 UAH) olacaq", — iqtisadçı bildirib.

"Belarus hökuməti işəgötürənlər qarşısında iyun ayının 1-dən sonra işçiyə ayda ən azı 119 dollar (239,18 BYN) vermək öhdəliyi qoyub. Moldovada artım mayda olub. Mayın 1-dən etibarən MƏH-in aylıq səviyyəsi 106 dollar (2100 ley), saatlıq səviyyəsi isə 0,6 dollar (12.43 ley) olub. Ermənistanda hazırda minimum əmək haqqı təxminən 115 dollardır (55 min dram). Hökumətin iyulun 1-dən MƏH səviyyəsini 136 dollara (65 min drama) qaldırmaq planı büdcə vəsaitlərinin qıtlığı səbəbindən baş tutmayıb. Qonşu Gürcüstanda MƏH təxminən 70 dollara (160 lari) bərabərdir", — S. Əliyev əlavə edib.

Ekspert deyib ki, Orta Asiya ölkələrində minimum əmək haqqı ilin əvvəlində artırılıb: "Qazaxıstanda yanvarın 1-dən 68 dollar (22,859.00 tenge) olub. Qırğızıstanda 2016-cı ildə 16 dollar (1060 som) olub. Hökumət MƏH-i 2017-ci ildə 17 dollara (1140 som), 2018-ci ildə 18 dollara (1220 som) qaldırmaq niyyətindədir. Özbəkistanda 2015-ci ilin sentyabrından 44 dollar (130,240 min som) qaldırılıb. Türkmənistanda MƏH yanvarın 1-dən 168 dollar (590 manat) təşkil edir".

"Azərbaycanda minimum əmək haqqı sonuncu dəfə təxminən 3 il öncə — 2013-cü ilin sentyabrın 1-də 105 manata qaldırılıb. Həmin dövrdə bu göstərici 134 dollara bərabər idi. Son devalvasiyadan sonra minimum əmək haqqı indiki məzənnə ilə 68 dollara düşüb", — deyə o, qeyd edib.

Əlaqədar

Nazirdən rədd cavabı alan sahibkarlar məyusdur: "Maaşları artıracaqdıq..."
Ölümlə çarpışan hərbçinin maaşından pul tutulur
Təhsil Nazirliyi müəllimlərin maaşının kəsilməsinə münasibət bildirdi
Müəllimlərin maaşlarından əlavə "haqq" tutulur
Prezident müəllimlərin maaşını artırdı
Ölkədə maaş almayan vətəndaş qalmayacaq
Teqlər:
dollar, manat, Samir Əliyev, maaş, əmək haqqı, SSRİ

Əsas mövzular