17:21 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Bakıda Koala Park. Arxiv şəkli

"Koala park"da koala qiymətinə istirahət

© Foto : STR
CƏMİYYƏT
Qısa URL
33121

Əgər sizin bir uşağınız varsa və onunla birlikdə "Koala park"da istirahət etmək istəyirsinizsə, ən azı 20 manatınızdan keçməlisiz.

BAKI, 7 iyul-Sputnik. Yay aylarını dənizə getmədən, parkda istirahət etmədən təsəvvür etmək mümkün deyil. İşdən sonra olsa belə, uşaqları hava almaq üçün valideynlər parklara aparır. Həm özləri, həm uşaqlar mədəni istirahət edir.
Bəs parklar necə, istirahət üçün insanların cibinə uyğundur? Sputnik-in əməkdaşı şəhərin mərkəzində yerləşən parklardan birində olub və parkda son vəziyyəti araşdırıb.

"Koala park" adlanan park kənardan cəlbedici görünür. İçəri girən kimi gözəl atraksionlar hətta böyükləri də valeh edir. Amma bu sevinc bir anlığa yox olub gedir. Az keçmədən, kassada əyləşən xanım parka daxil olmaq üçün 2 manatlıq giriş kartını almalı olduğumuzu bildirir. (Neçə nəfərin gəlməsindən asılı olmayaraq, bir giriş kartı alınmalıdır.) Çünki, parkda satılan şarlar, popkorn, eyni zamanda atraksionlar da karta yüklənən puldan çıxılır. Hətta "Koala kafe" adlı məkanda hesabı da məhz kassadan alınan kartla ödəmək lazımdır. Qısası, boş kartı 2 manata alırsınız və içinə istədiyiniz məbləği yükləyib parkdan istifadə edirsiniz. 

Bu arada qeyd edək ki, karta 15 manat ödəyənlərə "Koala Park"dan kartof fri və sərin içki, 20 manatlıq karta pul yükləyənlərə isə sərinləşdirici içki və kiçik həcmli pizza pulsuz olaraq verilir. Atraksionların qiyməti 1-2 manat arası dəyişir. Bir atraksion 3 dəqiqə işləmək müqabilində bu pulu sizdən alır.

Park ərazi cəhətdən kiçikdir. Biz parkda olanda günorta vaxtı olduğundan çox adam gözə dəymirdi. Şarlar və adi uşaq oyuncaqları olan kiçik guşədə maraqlı uşaq oyuncaqları satılır. Qiymətlərə gəlincə, oyuncağın keyfiyyətinə və həcminə görə dəyişir. 

Bir neçə atraksionu keçəndən sonra gözə dəyən "Koala kafe"də isə vəziyyət heç də ürəkaçan deyil. "Espresso" adlı 50 qramlıq kofe müştərilərə 2 manata satılır. Menyudakı ən ucuz şey 1 manata satılan 1 fincan çaydır. Tabaka və Steyki 15 manata almaq olar. Təklif olunan digər təamlar 1-15 manat arasında dəyişir. Menyuda kokteyllər, çay, kofe, isti yeməklər, pizzalar, salatlar, sərinləşdirici içkilər və s. var.

Parkda təhlukəsizlik sistemi yaxşı səviyyədədir. Yarım saatdan bir valideynlərə təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırıcı xəbərlər oxunur. Kafe təmiz, xidmət yaxşı vəziyyətdədir.

Əgər sizin bir uşağınız varsa və onunla birlikdə "Koala park"da istirahət etmək istəyirsinizsə, ən azı 20 manatınızdan keçməlisiz.

Əlaqədar

Türkiyənin istirahət zonalarında vəziyyət "rusca"dır
Bakıda adrenalinli istirahət: yüksək sürət və döngələrdə əyləc uğultusu
Veteranlar üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub
Polisin "istirahət" reydi
Bakı rus turistlərin bu yay istirahət üçün seçdiyi şəhərlər sırasında
Teqlər:
Steyk, Tabaka, kartof fri, atraksion, koala, Koala park, istirahət, kartof

Əsas mövzular