11:00 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Qusar rayonu Laza kəndi. Arxiv şəkli

Lazada Allah da turistlərdən bezib

© Foto: mapio.net
CƏMİYYƏT
Qısa URL
183060

Xınıs Mamayev: Biz bu məkanları pullu, yaxud da qapalı etsək, zibilləməyə görə yüksək cərimələr tətbiq edəsi olsaq, hamı bir ağızdan bizə qarşı çıxacaq.

BAKI,8 iyul-Sputnik. Ekosid — canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühiti dağıtmaq üçün insan tərəfindən qərəzli istifadə edilən kimyəvi və digər vasitələrlə təbiətin məhv edilməsidir.

Ekosid terminini A.Qalston 1970-ci ildə Hind-Çindəki hadisələri şəxsən öyrənərək elmə daxil etmişdi. Təəssüf ki, təkcə paytaxt Bakıda deyil, o cümlədən, ucqar rayonlarda da təbiətin çirklənməsinin şahidi oluruq.

Deməli, bu termin həm də bizə aiddir. Gördüyünüz bu kadrlar, Azərbaycanın dilbər guşələrindən biri olan Qusar rayonunun Laza (Ləzə) kəndində lentə alınıb. Yaşlı kənd sakini Xınıs Mamayevin sözlərinə görə, son illər turistlərin bura gəlməsinin yerli camaata xeyri olsa da, təbiətə ziyanı var:

"Doğrudur, biz qazanırıq, təbiət isə itirir. Əslində heç vaxt hansısa kənd sakini bura gəlib istirahət etmir. Gələnlər ancaq paytaxtdan və digər bölgələrdəndir. Gələn turistlər də buranı pis vəziyyətə salırlar. Biz yetkin insanlara gözəl turistik məkanlarımızı zibilləməmək, qorumaqla bağlı dərs keçməliyik? Axı adamların şüuru olmalıdır ki, bu gün zibilləsələr, bura bərbad hala düşəcək və sabah yenə gəlib burada istirahət edə bilməyəcəklər. Biz bu məkanları pullu, yaxud da qapalı etsək, zibilləməyə görə yüksək cərimələr tətbiq edəsi olsaq, hamı bir ağızdan bizə qarşı çıxacaq. Biz bunları etmirik, amma gərək turistin də Allahı, vicdanı, insafı olsun da. Allah bu gözəl yerləri yaradıb ki, insan buradan zövq alsın, dincəlsin. Daha yaratmayıb ki, insan gəlib 1 günün içində buranı bərbad hala salsın!" 

X.Mamayev onu da əlavə edib ki, əvvələr burada istirahət etmək qeyri-mümkün idi. Sonradan turizm üçün yollar açıldı və camaat bura axın etdi. Beləcə, biz yavaş-yavaş bu gözəllikləri itirməyə başladıq…

Əlaqədar

Bu gözəlliyi görmək üçün iki göz azdır...
Təbiət ən gözəl rəssamdır
Teqlər:
Laza, ekosid, Qusar, Laza kəndi, Allah, Azərbaycan, turist

Əsas mövzular