CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turistləri ovsunlayan Antalya: bu qeydlər işinizə yarayacaq

© Sputnik / Irade CELILAntalya
Antalya - Sputnik Azərbaycan
Abunə olmaq
Bura az məbləğə istirahət etməyə üstünlük verən insanların bölgəsidir. Daha yaxşı xidmət, yaxşı yeməklər və çox pul xərcləmək istəyirsinizsə, başqa bölgələrə üz tutun. Və çalışın, tətil üçün iyundan sonrakı ayları seçin.

İradə CƏLİL, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Yay gəldiyində hər kəs istirahət etməyi, gəzməyi arzulayır. Hamı da büdcəsinə uyğun yer axtarır. Əvəllər mən tətil üçün yer seçməmişdən, dostların, tanışların məsləhətlərinə qulaq asar, kiçik bir internet araşdırması aparıb, sonra yer seçərdim. Amma Türkiyədə təhsil almağa başlayandan sonra, "onsuz da getməliyəm" prinsipi ilə yer seçməyə başladım.

Ural Airlines aviaşirkətinə məxsus Airbus А319 təyyarəsi - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan Türkiyəyə turist axını: aviareyslər çatdırmır

Əvvəlcə onu deyim ki, imtahanlarımız iyun ayının 11-də olduğu üçün, bu ərəfəni seçməli idim və bu ərəfədə Antalyaya bilet tapmaq asan məsələ deyildi. Bir çox turizm şirkətlərinə yazdım, məsləhətləşdim və nəhayətində 5-17 iyun tarixlərinə uçuş bileti tapa bildim.

Uşaqlarımı da özümlə aparmalı idim ki, böyük olsalar da, 12 gün onlar mənsiz qala bilməzdilər, mən də onlarsız… Və beləcə imtahan üçün getdiyim Antalyada tətil günləri başladı.

Düzünü deyim, bu tətilə az büdcə ayırdığım üçün 4 ulduz otel seçmişdim. Çünki sadə jurnalist maaşının 3-4 aylığını yığıb tətilə getmək olur, o da əgər iki işdə çalışırsansa.

© Sputnik / Irade CELILAntalyada müxtəlif ulduzlu, müxtəlif qiymətli otellər çoxdu.
Antalyada müxtəlif ulduzlu, müxtəlif qiymətli otellər çoxdu - Sputnik Azərbaycan
1/8
Antalyada müxtəlif ulduzlu, müxtəlif qiymətli otellər çoxdu.
© Sputnik / Irade CELILPansionlar, qonaq evləri, 5 ulduzlu otellər var.
Pansionlar, qonaq evləri, 5 ulduzlu otellər var - Sputnik Azərbaycan
2/8
Pansionlar, qonaq evləri, 5 ulduzlu otellər var.
© Sputnik / Irade CELILTurizm şirkətləri heç də hər zaman yaxşısını məsləhət görmürlər.
Turizm şirkətləri heç də hər zaman yaxşısını məsləhət görmürlər - Sputnik Azərbaycan
3/8
Turizm şirkətləri heç də hər zaman yaxşısını məsləhət görmürlər.
© Sputnik / Irade CELILBurada sizə bircə şey lazımdır — gecələmək üçün məkan.
Burada sizə bircə şey lazımdır — gecələmək üçün məkan - Sputnik Azərbaycan
4/8
Burada sizə bircə şey lazımdır — gecələmək üçün məkan.
© Sputnik / Irade CELILDəniz, çimərlik — hər yerdə pulsuzdur.
Dəniz, çimərlik — hər yerdə pulsuzdur - Sputnik Azərbaycan
5/8
Dəniz, çimərlik — hər yerdə pulsuzdur.
© Sputnik / Irade CELILBurada gecəsi 40-50 TL — 20-25 manata istədiyiniz qədər gecələməyə yer tapa bilərsiniz.
Burada gecəsi 40-50 TL — 20-25 manata istədiyiniz qədər gecələməyə yer tapa bilərsiniz - Sputnik Azərbaycan
6/8
Burada gecəsi 40-50 TL — 20-25 manata istədiyiniz qədər gecələməyə yer tapa bilərsiniz.
© Sputnik / Irade CELILTəmizlik, səliqə bütün otel və pansionlarda var.
Təmizlik, səliqə bütün otel və pansionlarda var - Sputnik Azərbaycan
7/8
Təmizlik, səliqə bütün otel və pansionlarda var.
© Sputnik / Irade CELILBir jurnalsit məsləhəti — gəzməyə də, ölməyə də Azərbaycan yaxşı.
Bir jurnalsit məsləhəti — gəzməyə də, ölməyə də Azərbaycan yaxşı - Sputnik Azərbaycan
8/8
Bir jurnalsit məsləhəti — gəzməyə də, ölməyə də Azərbaycan yaxşı.
1/8
Antalyada müxtəlif ulduzlu, müxtəlif qiymətli otellər çoxdu.
2/8
Pansionlar, qonaq evləri, 5 ulduzlu otellər var.
3/8
Turizm şirkətləri heç də hər zaman yaxşısını məsləhət görmürlər.
4/8
Burada sizə bircə şey lazımdır — gecələmək üçün məkan.
5/8
Dəniz, çimərlik — hər yerdə pulsuzdur.
6/8
Burada gecəsi 40-50 TL — 20-25 manata istədiyiniz qədər gecələməyə yer tapa bilərsiniz.
7/8
Təmizlik, səliqə bütün otel və pansionlarda var.
8/8
Bir jurnalsit məsləhəti — gəzməyə də, ölməyə də Azərbaycan yaxşı.

Antalyada müxtəlif ulduzlu, müxtəlif qiymətli otellər çoxdu. Pansionlar, qonaq evləri, 5 ulduzlu otellər var. Mən bura gələndən iki gün sonra düşündüm ki, gərək bilet alıb otel seçmədən gələydim, çünki pansionda qalmaq daha ucuz başa gəlir. Əgər otel seçməklə 12 gün üçün 3 adama təqribən 1500 manat xərcləyirsənsə, bunu daha ucuza — 1000 manata da etmək olar.

Sadəcə öncədən bilet sifariş edib gəlirsən, istədiyin yeri də seçə bilirsən. Azərbaycanda olan turizm şirkətləri heç də hər zaman yaxşısını məsləhət görmürlər, ən yaxşısı gəlib görməkdir.

Burada sizə bircə şey lazımdır — gecələmək üçün məkan. Dəniz, çimərlik — hər yerdə pulsuzdur. Burada gecəsi 40-50 TL — 20-25 manata istədiyiniz qədər gecələməyə yer tapa bilərsiniz. Təmizlik, səliqə bütün otel və pansionlarda var.

Yemək bir qədər baha başa gəlir ki, ona da ucuz kafelər taparaq yemək mümkündür. Onsuz da otellərin təklif etdiyi yeməklərin 10-dan 7-sini sevməyəcəksiniz.

Və burada taksidən istifadə etmək sadəcə ağılsızlıqdır. Siz taksini yerli avtobuslarla əvəz edə bilərsiniz. Həm xərciniz az çıxar, həm də çox yer gəzmiş, görmüş olarsınız.

Bir də tur şirkətlərinin təklif etdiyi yüksək qiymətlərə ekskursiyalar var ki, məqsəd sadəcə sizi gəzdirmək deyil, pul qazanmaqdır. Qaldığımız oteli gürcülər istifadə etsə də, xidmətimizdə olan tur şirkəti azərbaycanlılardan ibarət idi və qiymətlər çox yüksəkdir. Məsələn, sadəcə akvariuma ekskuriya qiymətinə (50$) burada siz, ən az 3 gün qalıb yeyib-içə bilərsiniz.

Başqalarını bilmirəm, amma bizim üçün akvarium maraqlı olmadı. Bir neçə mərtəbədən ibarət olan akvariumda müxtəlif növ balıqlar saxlanılır. Gəzirsən, şəkil çəkdirirsən və 1 saata marağın itir.

Amma şəhəri gəzmək maraqlıdır. Təbiət hadisələrinə şahid olmaq. Yağışla günəşin bir arada olmasına baxmaq, göyqurşağını izləmək. Bir də yağışdan sonra internetin kəsilməsi var. Bu da adamın əsəblərini sanki tumarlayır. İçində danışırsan, danışırsan…

Antalya turiz bölgəsi olduğu üçün burada qiymətlər çox bahadır. Məsələn, Bakıda 10 manata bəyənib almadığın köynəyi buarada sənə 30 dollara təklif edirlər. Baş örtükləri 20-100 dollara, çantalar 20-150 dollara, ümumiyyətlə almaq istədiyiniz hər şeyin qiyməti sizə dollarla təklif edilir.

Uşaqlarımla getdiyim üçün otel ətrafını piyada gəzməyə çıxdıq. Düşünün, arası 100 metr olan taksi dayanacaqlarının birində, Antalya hava limanına gediş haqqı 80 dollar, digərində 60, bir az irəlidə olan dayanacaqda isə 40 dollara idi. Ən yaxşısı isə yol taksilərindən istifadə etməkdi. Bu, daha ucuza başa gəlir.

Antalyanın Beldibi bölgəsi istər təbiəti, istərsə də insanlarının mehribanlığı ilə fərqlənir. Məni görənlər ilk öncə bu sualı verirdilər: — İrandanmı gəldin? Azərbaycanlı olduğumu deyəndə isə çoxsusu "hə, bizdənsən, bizim Azərbaycandansan" deyirdi. Qiymətlərdə endirim etməsələr də, ən azından alış-verişi TL ilə etmək imkanı verirdilər.

Göygöl - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda niyə "turizm partlayışı" baş vermədi?

Beldibində "Siçan adası" deyilən bir ada var. Rəvayətə görə, uzun səfərlərin birində dənizçilər siçanların gəmidən qaçdığının şahidi olurlar. (Dənizdə fırtına gözlənilirsə, siçanlar gəmini tərk etməyə çalışırlar — müəll.). Dənizçilər bundan sonra gəmini adaya yaxınlaşdırırlar və fırtınadan salamat qurtula bilirlər.

Başqa bir rəvayətə görə isə, qədimdə kişilər xəyanətkar arvadlarını gətirib bu adaya atarmış. İnanca görə, qadın xəyanətkar deyilsə, axşam hansısa yolla evinə qayıdəb yemək bişirərmiş. Xəyanətkar qadınlar isə geri qayıtmazmış…

Beldibi dağlar arasında bir bölgədir. Dağlar və dənizin arasında olan saysız-hesabsız otellər göz oxşasa da, çoxunu digər millətlərin nümayəndələri işlədirlər. Təbii ki, bu da xidmətin keyfiyyətinə təsir edir.

Antalyada ən yaxşı nəqliyyat növü avtobuslardır, ondan yaxşısı isə avtomobil kirayələmə. Benzin baha olduğu üçün avtomobil kirayəsi ucuzdur. Yəni ən ucuz avtomobili 2 günü 60 TL — 30 AZN-ə kirayələmək mümkündür. Bir fikri mütləq qeyd etməliyəm, mən Azərbaycanda uşaqlarımla oturub normal yeməyə 20-30 manat xərləyirəmsə, burada bu qiymət, eyni qidalar olmaqla 150 TL, yəni 75-80 manata başa gəlir.

Beldibi sadə vətəndaşların, yəni az məbləğə istirahət etməyə üstünlük verən insanların bölgəsidir. Yox, daha yaxşı xidmət, yaxşı yeməklər və çox pul xərcləmək istəyirsinizsə, başqa bölgələri seçin. Və çalışın tətil üçün iyundan sonrakı ayları seçin. Çünki iyun ayının sonlarına kimi Antalyada yağışlar səngimir və gününüz otel otağında, restoranda və otelin lobbisində oturub həyətə baxmaqla keçəcək.

Qısacası, mən belə qənaətdəyəm ki, bizim Xəzərimizin, bizim bölgələrimizin, elə bizim insanlarımızın da yerini heç kim verə bilməz. Əlinizdə imkanınız varsa, bunu gedib başqa ölkədə xərcləməyin. Bir jurnalsit məsləhəti — gəzməyə də, ölməyə də Azərbaycan yaxşı!!!

Xəbər lenti
0