CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bayram namazı qılındı

© Sputnik / Orujov MuradTəzəpir məscidində bayram namazı
Təzəpir məscidində bayram namazı - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 6 iyul — Sputnik. Bu gün Azərbaycanın bütün məscidlərində, Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb. Sputnik xəbər verir ki, saat 08.00-da "Əjdərbəy" məscidində, saat 09.00-da isə "Təzəpir" məscidində bayram namazının qılınmasına başlanıb.

"Təzəpir" məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə iyunun 7-da başlayıb. Bayram isə iyulun 6-na təsadüf edir.

Xəbər lenti
0