CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yükü kimsə daşıya bilməzdi...

© Sputnik / Irade CelilRəssam Davud Əliyev
Rəssam Davud Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. İnsan arzularla yaşayır. Xəyallar qurur. Düşünür. Çalışır ki, hər zaman ən yaxşısını seçsin özü üçün. Bəzən özü üçün ən yaxşı bildiyi heç də düşündüyü kimi olmur.

Məşhurluq ardınca qaçarkən, çarpışarkən, bir də baxır ki, həyat bitir, sondur. Əldə-ovucda isə heç nə qalmayıb. Bir özüdür, bir güzgüdə gördüyü yaşlanmış üzü və bir də yarım qalmış xəyalları. Yenidən ayağa durmaq üçün isə çox gecdir. Qatar gedib…

Mina Abukərova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Roman kimi həyat, yaxud bir təbəssümün arxasındakı sirr

"Qocalar evi"ndə diqqətimi kənarda oturan, heç kimə qarışmayan, hamını kənardan gizlin baxışlarla süzən bir qoca çəkdi. O, kənardan hamını müşahidə edirdi, mən isə onu.

Deyir, "mənə Davud deyə müraciət elə". Davudun 71 yaşı var. 8 ildir ki, "qoclar evi"ndə yaşayır. Ailə həyatını da elə burada qurub. Deyir, gənc vaxtı sevənləri çox olub, amma ailə həyatı barədə düşünməyib.

Onun fikrincə, kişi ailə həyatı qurmamışdan əvvəl özünü və ailəsini saxlamaq gücünə malik olmalıdır: "Mən ailə qurmaq xatirinə ailə qursaydım, çoxdan edərdim. Amma baxıram, insanlar mənim kimi düşünmürlər. Əgər mən o ailəni saxlaya bilməyəcəyəmsə, sonradan ayrılıq olacaqsa, əgər mən dünyaya gəlməsinə səbəb olduğum körpəyə yaxşı həyat verə bilməyəcəyəmsə, o ailə mənə lazım deyil".

Davud Əliyev 1945-ci ildə dünyaya gəlib. Rəssamlıq təhsilini Riqada alıb. Elə ömrünün uzun illərini də xarici ölkələrdə keçirib: "Musiqiçi ailəsində doğulmuşdum. Atam da musiqiçi olmağımı istəyirdi. Amma həyat məni başqa səmtə sürüklədi".

"Atamla Filarmoniyaya gedirdik, yaxşı yadımdadır, sakitcı baxardım hər kəsə. Evimizə də gələrdi musiqiçilər — Şövkət xanım, Rübabə Muradova. İllər o qədər tez keçdi ki, sanki yuxuydu. Bilmirəm, necə keçdi. İndi xəyal kimi qalıb xatirimdə", — deyir müsahibimiz.

Bir müddət sonra atası onu violançel kursuna qoyur, amma Davudun arzusu rəssam olmaq idi. O, musiqi kursunu yarımçıq buraxıb rəssamlıq kursuna yazılır.

© Sputnik / Irade CelilOnun üçün rəssamlıq elə həyatın özüdür.
Onun üçün rəssamlıq elə həyatın özüdür - Sputnik Azərbaycan
1/3
Onun üçün rəssamlıq elə həyatın özüdür.
© Sputnik / Irade CelilHeydər Əliyevin portretini yaradan rəssam hazırda Mehriban xanım Əliyevanın portretini çəkir
Heydər Əliyevin portretini yaradan rəssam hazırda Mehriban xanım Əliyevanın portretini çəkir - Sputnik Azərbaycan
2/3
Heydər Əliyevin portretini yaradan rəssam hazırda Mehriban xanım Əliyevanın portretini çəkir
© Sputnik / Irade CelilDavud Əliyev – gəncliyini sevdiyi işinə həsr edən, ancaq arzuları ürəyində qalan rəssam
Davud Əliyev – gəncliyini sevdiyi işinə həsr edən, ancaq arzuları ürəyində qalan rəssam - Sputnik Azərbaycan
3/3
Davud Əliyev – gəncliyini sevdiyi işinə həsr edən, ancaq arzuları ürəyində qalan rəssam
1/3
Onun üçün rəssamlıq elə həyatın özüdür.
2/3
Heydər Əliyevin portretini yaradan rəssam hazırda Mehriban xanım Əliyevanın portretini çəkir
3/3
Davud Əliyev – gəncliyini sevdiyi işinə həsr edən, ancaq arzuları ürəyində qalan rəssam

Ata oğlunu tək buraxmır, hər addımında dayağı olur. Lakin rəssamlıq məktəbindən diplom ala bilmir, hərbi xidmətə çağırılır. Hərbi xidmətdə də bu istedad köməyinə çatır. Dəfələrlə rəsm əsərlərin görə təşəkkürnamələr alır.

Hərbi xidmətini başa vurub Bakıya qayıdan Davud Toğrul Nərimanbəyovun məsləhəti ilə Riqaya təhsil almağa gedir. O vaxtlar "general qızı" ləqəbli Zuzu Vivedze adlı rəssam xanımın kurslarına gedir.

Davud illərini yaradıcılığa həsr edir, həyat isə öz işini görür. Anası xərçəng xəstəliyinə tutulur. Atası iflic olur. Davud vətənə qayıdanda qardaşları ailə qurmuşdu. Amma Davud bu barədə düşünmürdü.

İlyas İsgəndərov - Sputnik Azərbaycan
CƏMİYYƏT
82 yaşlı kişinin dramı: "Yoldaşım dedi, kişi deyilsən, pul tap..."

İşləyib, çalışıb özü üçün Vidadi küçəsində ev alır. Rəssamın evi necə olar? Bu ev də Davud üçün həm ev olur, həm də emalatxana. Bütün xəyallarını burada reallaşdırmağa başlayır. Bütün əsərləri, eskizləri — hər şeyi burada yaranır.

Bir gün dostlarının dəvəti ilə Moskvaya sərgiyə gedir. Və bu səfər onun bütün həyatını alt-üst edir. Rəssam Bakıya qayıdanda görür ki, evi yanıb, bütün əsərləri, arzuları, xəyalları, illəri də o evdə yanıb…

Artıq o, tənha idi. Ata-anası dünyasını dəyişmişdi. Ailə həyatı da qurmamışdı. Tək bir yol var idi — "qocalar evi".

Davud 2008-ci ildə "qocalar evi"nə gəlir və həyatının davamını burada yaşamağa başlayır. Elə "qocalar evi"ndə yaşayan Elmira adlı xanımla da ailə həyatı qurur. Amma bu ailə həyatı tək qalmamaq üçün idi. Hər ikisi tək idi qocaların və bu təkliyi paylaşmaq üçün nikaha girirlər.

İndi ər-arvad "qocalar evi"ndə yaşayır. Davud yenə rəsm əsərləri çəkir. Bir müddət öncə Heydər Əliyevin portretini yaradan rəssam, hazırda Mehriban Əliyevanın portretini çəkir.

Deyir, "rəssamlıq da bir sənət deyil, boyası baha, kağızı baha, fırçası baha, təqaüdlə çatdırıb almaq olmur". O, Elmira xala ilə ailə həyatı qurandan sonra tək olmadığnı başa düşüb. Onların otaqları yanaşı imiş. Ara-sıra görüşən, salamlaşan yaşlılar, sonra ailə qurmaq qərarı verirlər.

Söhbət boyu Emira xanımın bizə qoşulmasını gözləsəm də, gəlmədi. Davudun dediyinə görə, yoldaşı xəstədir, ağrıyır.

Rəssamla sağollaşıb, ayrılıram. Uzaqdan baxıram, xəyallara dalıb, nəsə düşünür, nəsə danışır ürəyində, nəyisə götür-qoy edir. Deyirdi ki, hələ çox əsərlər yaratmaq istəyir. Axı əsərləri onun övladıdır. Övladlarının çox olmasını arzulayır.

Davud Əliyev — gəncliyini sevdiyi işinə həsr edən, ancaq arzuları ürəyində qalan rəssam. İşinə görə ailə həyatı da qurmayıb. Çünki onun üçün rəssamlıq elə həyatın özü idi.

Yaşadı, yaratdı, amma hər şey bir qığılcımla yox oldu. Nə ailə həyatı qurmamasına peşmandır, nə də övladının olmamasına. Bir tək peşmançılığı var — yanmış əsərləri. Bəlkə getməsəydi, belə olmazdı — deyə düşünür…

Bu da bir ömürdür, 71 illik nağıl kimi bir ömür. Peşmanlıqlarla dolu, "kaş ki"lərlə dolu. Bizi izləyin, izləyin ki, sizi daha maraqlı insanlarla tanış edək…

Xəbər lenti
0