06:23 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
22 0 0

Milli Məclisə təkrar seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün KM-ə təqdim olunması qərara alınıb

BAKI, 30 iyun — Sputnik. Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.

Bu barədə MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Sputnik-ə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2016-cı il tarixli Sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər təyin edildikdən sonra seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi üçün MSK və aidiyyatı qurumlar tərəfindən Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb və nəzərdə tutulmuş bütün layihələr MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən reallaşdırılıb. MSK-nın birbaşa təşəbbüsü və təşkilatçılığı ilə demək olar ki, bütün seçki subyektlərini əhatə edən çoxsaylı maarifləndirmə tədbirləri və digər layihələr həyata keçirilib.

Təkrar seçkilərə siyasi partiyaları təmsil edən, habelə öz təşəbbüsləri ilə seçkilərə qatılan 7 nəfərin namizədliyi qeydə alınıb. Milli Məclisə təkrar seçkilərdə seçicilər azad şəkildə məntəqələrə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, seçki dairəsi üzrə 40203 seçicidən 23292-si səs verib ki, bu da seçicilərin ümumi sayının 57,94 faizini təşkil edir.

İclasda Milli Məclisə təkrar seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və təsdiqlənib. Komissiya üzvlərinin müzakirəsi zamanı təkrar seçkilərlə bağlı atılmış addımlar və həyata keçirilmiş layihələr seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən təqdirəlayiq hal kimi qiymətləndirilib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə təkrar seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.

Əlaqədar

MSK: Ağdaş dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə seçici fəallığı 57,9% olub
Bu gün Ağdaşda Milli Məclisə seçkilər keçirilir
Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin adları məlum oldu
Bu da Mərkəzi Seçki Komissiyasının yeni tərkibi
Teqlər:
təkrar seçki, Məzahir Pənahov, Konstitusiya Məhkəməsi, Mərkəzi Seçki Komissiyası, MSK, Milli Məclis, seçki, iclas

Əsas mövzular