11:57 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12110

İbrahim Əliyev: "Azərbaycan Şərqdə yaşanan proseslərdən kənarda deyil. Bir də görürsən ki, bu proseslərin təsiri gəlib Azərbaycanda da özünün göstərir"

BAKI, 28 iyun — Sputnik. "Bu gün dünyada müsəlman-xristian qarşıdurması yaşanır. Müsəlman dünyası pis vəziyyətdə qalıb, müqəddəsləri təhqir olunur, İslama terror dalğası vurulur".

Sputnik xəbər verir ki, bu fikirləri, Tətbiqi Tədqiqatlar Fondunun (TTF) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda dini radikalizm və ekstremizmə qarşı mübarizəyə dəstək: maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində "Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizənin aktual problemləri" mövzusunda keçirilən "dəyirmi masa"da, TTF-nin sədri İbrahim Əliyev səsləndirib.

O bildirib ki, Azərbaycan Şərqdə gedən proseslərdən kənarda deyil: "Bir də görürsən ki, bu proseslərin təsiri gəlib Azərbaycanda da özünün göstərir. İlk vəzifəmiz bu məsələdə maarifləndirmə işini gücləndirməkdir".

Tədbirdə "Azadinform" informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev, hüquqşünas Səməd Vəkilov, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, Strategiya.az saytının redaktor müavini İsmayıl Qasımov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, tarixçi alim Dilavər Əzimli və başqaları mövzu ilə bağlı çıxışlar ediblər.

Bildirilib ki, dini radikalizmin törətdiyi fəsadlar bəzi problemlərlə müşahidə olunur. Natiqlər bu proseslərə, daha çox Nardaranda baş verən hadisələrdən sonra münasibət bildirilməyə başlanıldığını qeyd ediblər.

O da qeyd edilib ki, Azərbaycanda dini radikal qrupların sosial bazası yoxdur. Dini radikal qruplar öz məqsədləri üçün sosial şəbəkələrdən istifadə edir. Cəmiyyətdə maarifləndirmə tədbirləri genişləndirilməlidir.

Əlavə olunub ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman göstərilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir.

Əlaqədar

Fransız senator: Azərbaycan radikal islama qarşı mübarizə aparır
Radikalizm və islamofobiya siyasi liderlərin "zəhmət"inin bəhrəsidir
"İslam dünyası acınacaqlı dövr yaşayır"
"Yas adı ilə keçirilən banketlərin islam dininə heç bir aidiyyatı yoxdur"
Avropa İslamın qarşısındadır, yoxsa yanında?
Teqlər:
Tətbiqi Tədqiqatlar Fondu, dini radikalizm, qarşıdurma, xristian, ekstremizm, müsəlman

Əsas mövzular