12:03 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
121520

"Azərsu" ASC su vermədiyi qəsəbədən məcburi şəkildə pul yığır. Səbəbini isə belə izah edirlər ki, guya su xəttini tapa bilmirlər.

BAKI, 23 iyun — Sputnik. Haqqında bəhs etdiyimiz bu qəsəbənin adı Sulutəpə olsa da, buranın insanları su üzünə həsrət qalıblar. Xüsusilə də qəsəbənin "Yuxarı məhəllə"sində yaşayanlar susuzluqdan daha çox əziyyət çəkirlər.

Su problemindən gileylənən sakinlər bildirirlər ki, Binəqədi Rayon İcra Hakimiyyəti problemdən xəbərdar olsa da, heç bir tədbir görmür. Məsələni yerində araşdırmaq üçün Sputnik-in əməkdaşı "Yuxarı Sulutəpə" deyilən əraziyə yollanıb.

Elə ilk baxışdaca qəsəbənin problemli olduğu açıq-aşkar gözə çarpır. Buradakı yaşayış evləri təpələrin ətəyində yerləşdiyindən qış aylarında yollar palçıqdan keçilməz vəziyyətə düşür. İsti aylarda isə sakinlər su problemi yaşayırlar. Mərkəzi yolun qəzalı vəziyyətdə olması isə əhalini cana yığıb.

  • Sulutəpə qəsəbənin Yuxarı məhəlləsində yaşayanlar susuzluqdan əziyyət çəkirlər
    Sulutəpə qəsəbənin "Yuxarı məhəllə"sində yaşayanlar susuzluqdan əziyyət çəkirlər
    © Sputnik / Fuad Hasanov
  • Buradakı yaşayış evləri təpələrin ətəyində yerləşdiyindən qış aylarında yollar palçıqdan keçilməz vəziyyətə düşür
    Buradakı yaşayış evləri təpələrin ətəyində yerləşdiyindən qış aylarında yollar palçıqdan keçilməz vəziyyətə düşür
    © Sputnik / Fuad Hasanov
  • Sakinlərdən biri bizə əli ilə dəbdəbəli villanı göstərərək bax o sarayda su 24 saat gəlir. Amma onun yanındakı daxmada gündə 2 saat su üzü görürlər dedi
    Sakinlərdən biri bizə əli ilə dəbdəbəli villanı göstərərək "bax o sarayda su 24 saat gəlir. Amma onun yanındakı daxmada gündə 2 saat su üzü görürlər" dedi
    © Sputnik / Fuad Hasanov
  • Sən demə, Yuxarı məhəllədə yolun solunda su gündə 3 saat, sağında isə 24 saat verilir
    Sən demə, "Yuxarı məhəllə"də yolun solunda su gündə 3 saat, sağında isə 24 saat verilir
    © Sputnik / Fuad Hasanov
  • Binəqədi rayon Sukanal İdarəsi
    Binəqədi rayon Sukanal İdarəsi
    © Sputnik / Fuad Hasanov
  • Su daimi verilmədiyindən, sakinlər həyətlərində bu tip çənlər saxlamağa məcburdurlar
    Su daimi verilmədiyindən, sakinlər həyətlərində bu tip çənlər saxlamağa məcburdurlar
    © Sputnik / Fuad Hasanov
1 / 6
© Sputnik / Fuad Hasanov
Sulutəpə qəsəbənin "Yuxarı məhəllə"sində yaşayanlar susuzluqdan əziyyət çəkirlər

Qayıdaq əsas məsələyə — susuzluğa. Sulutəpədə orta əsr ağa-bəy dövrünü xatırladan çox gülməli, həm də acınacaqlı mənzərə ilə qarşılaşdıq. Sakinlərdən biri bizə əli ilə dəbdəbəli villanı göstərərək "bax o sarayda su 24 saat gəlir. Amma onun yanındakı daxmada gündə 2 saat su üzü görürlər" dedi. Əlbəttə, villaya girib maraqlanmaq imkanımız olmadığı üçün vətəndaşın dediyinə inanmaqdan başqa şansımız da yox idi.

Əslində kiçik bir sorğu aparmaq kifayət elədi ki, qəsəbədəki "dərəbəyliyi" gün üzünə çıxaraq. Sən demə, "Yuxarı məhəllə"də yolun solunda su gündə 3 saat, sağında isə 24 saat verilir. Bəlkə elə buna görədir ki, soldakı evlərin çoxunun darvazasına "Ev satılır" yazılmışdı.

Qəsəbədə çəkiliş apardığımız ərəfədə daha bir maraqlı faktın şahidi olduq. Birmərtəbəli həyət evini bizə göstərən qəsəbə sakini Tahir Rzayev "Azərsu" ASC-ni və işçilərini diqqətsiz olmaqda və bacarıqsızlıqda ittiham etdi.

O, şikayətinin səbəbini bu cür əsaslandırır: "İllərdir üzünü görmədiyim, doyunca içmədiyim, altına girib ləzzətlə yuyunmadığım suya görə "Azərsu" məndən hər ay zorla 10 manat pul alır. Bu evə gəlib sayğac qoymurlar. Səbəbini isə belə izah edirlər ki, guya su xəttini tapa bilmirlər. Ona görə də adambaşı orta hesabla 5 manat ödəməyə məcbur edirlər. Təsəvvür edin, günə 2 saat zəif təzyiqli su verirlər. Ona görə ayda hər ailədən 10 manat pul yığırlar".

Vətəndaş dəfələrlə "Azərsu"ya şikayət ərizəsi yazdığını ancaq heç bir nəticəsi olmadığını iddia edib.

Əslində bu iddia boşu-boşuna deyilmiş. Sputnik olaraq biz də problemin səbəbini öyrənmək üçün "Azərsu" ASC-dən açıqlama almaq istədik. Lakin qurumun mətbuat xidməti sualımızı cavablandırmaqdan imtina etdi.

Ona görə məcbur qalaraq "Azərsu"nun tabeçiliyindəki, Binəqədi Su-kanal idarəsinə üz tutduq. Oradan isə bizə bildirdilər ki, şirkətdə sayğac qalmayıb, ona görə də bu cür problemlərlə qarşılaşan evlərə sayğac qoya bilmirlər.

Qazaxda şəhid bulaqları
© Sputnik / Hikmet Orhun

Çox gülünc səslənsə də, "Azərsu"da sayğac qalmayıbmış. Əlbəttə, biz problemin bu olmadığını bilirik. "Azərsu"nun tabeçiliyindəki Binəqədi Su-kanal idarəsinin bizə yalan danışdığını da bilirik. Avropa oyunları, Formula-1 keçirməyə qadir dövlətin sayğac almağa gücü çatdığını da yaxşı bilirik.

Ancaq bizim hələ də başa düşmədiyimiz bir şey var və biz bunu hələ də anlaya bilmirik. Prezident İlham Əliyev dəfələrlə, dönə-dönə öz çıxışlarında vətəndaşların incidilməməsini tələb etsə də, bəzi qurumlar, əsasən də dövlət qurumları bu çağırışı qulaqardı etməyə davam edir. Bizim anlamadığımız budur…

Əlaqədar

Bu gün paytaxtda su böhranı yaşanacaq
Əcəli suda imiş...
Bakı susuz qala bilər
Dünyada ən keyfiyyətli suyu və çimərlikləri olan ölkələrin adları açıqlanıb
Azərbaycanda suyun qiyməti qaldırıldı
Teqlər:
Tahir Rzayev, "Yuxarı məhəllə", Sulutəpə, su, Binəqədi, "Azərsu" ASC, ev

Əsas mövzular