06:07 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
6501

"Qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir"

BAKI, 22 iyun — Sputnik. Bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu" mövzusunda konfrans keçirib. Sputnik xəbər verir ki, konfransı açan Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov konfransın Şura ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həmrəyliyinin gücəndirilməsi layihəsi çərçivəsində təşkil edildiyini deyib.

R. Qonaqov ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, həmçinin Bakıda keçirilən Formula 1 Avropa Qran Pri yarışı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat verib. O bildirib ki, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir.

"Üç ay davam edəcək layihə çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələri ilə müxtəlif səpkili görüşlər keçiriləcək. Bakı ilə yanaşı, Gəncə və Qubada konfrans və tədbirlər təşkil olunacaq. Bundan başqa, "Facebook" sosial şəbəkəsində "İnkişaf Qrupu", eləcə də, "Ağ Yol" qrupunda, təşkilatın eyniadlı səhifəsində sosial, iqtisadi, siyasi və sair islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılır", — Qonaqov bildirib.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək bildirib ki, Azərbaycan müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib: "Mütərəqqi islahatlar nəticəsində demokratik və hüquqi dövlət qurulub, ölkə əhalisinin xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb. Azərbaycanın müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı əbədi şəkildə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tam əminliklə deyə bilərik ki, ulu öndərin davamlı milli inkişafa təminat yaradan ideyaları dövlətimizin və xalqımızın gələcək uğurlarına parlaq işıq salır. Azərbaycan hazırda dünyada özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik mövcuddur".

"Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir. Bu gün Azərbaycan xalqı ulu öndərin layiqli davamçısı İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək gələcəyə böyük ümidlə baxır. Mütləq əksəriyyət əmindir ki, xalqımızın milli mənafeyini özündə əks etdirən bu siyasət gələcək illərdə də davam etdiriləcək, Azərbaycanın sürətli inkişaf tempini qoruyub saxlayacaq", — V. Quliyev qeyd edib.

BMAM-in eksperti Rafail Becanov məruzə ilə çıxış edərək ölkə rəhbərliyi tərəfindən aparılan islahatlara vətəndaş cəmiyyətinin dəstəyindən, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik, həmçinin Qərbin insan hüquqları institutlarının ölkəmizə qərəzli mövqeyindən danışıb. Rafail Becanov cəmiyyətdə milli və dövlətçilik maraqları konteksində ciddi fikir ayrılıqlarının olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda vətəndaş həmrəyliyini gücləndirmək, dövlət-xalq formulunu dəyişməz bir atributa çevirmək üçün böyük potensial var.

Konfrans millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, QHT və KİV rəhbərlərinin çıxışları ilə davam etdirilib.

Əlaqədar

İşbaz QHT-çilər və reket jurnalistlər Prezident Aparatının diqqətindədir
QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni üzvləri təyin edildi
QHT rəhbəri dələduzluğa görə 10 il azadlıqdan məhrum edilib
Bəzi QHT-lər "qara siyahı"dan çıxarılmadı
QHT-lərin dərdi nədi?
QHT-lər nazirliyin fəaliyyətinə nəzarət edəcəklər
Teqlər:
Rafail Becanov, Rufiz Qonaqov, "Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu", BMAM, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Vüsal Quliyev, vətəndaş cəmiyyəti, QHT

Əsas mövzular