15:03 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Qarpız. Arxiv şəkli

İndi qarpız yemək təhlükəlidir?

© Sputnik / Vitaly Ankov
CƏMİYYƏT
Qısa URL
71 0 0

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi bostan məhsullarının kimyəvi və toksikoloji müayinələrini aparıb

BAKI, 22 iyun — Sputnik. Yerli istehsalın artması həm İran və Türkiyə mənşəli qarpız və yemiş məhsullarının Respublikaya idxal olunmasının azalmasına, həm də ölkəmizin ixrac potensialının artmasına səbəb olub. Təkcə iyun ayı ərzində 57,5 ton qarpız, 16 ton yemiş məhsulu Rusiya Federasiyasına ixrac olunub.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində Azərbaycana idxal olunan, eyni zamanda ölkədə açıq bostan şəraitində yetişdirilən məhsulların stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılır. Bu barədə Sputnik-ə KTN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son günlərdə həyata keçirilən müayinələr zamanı qarpızlarda nitratların miqdarının 37 mq/kq, yemişdə isə 72mq/kq olduğu məlum olub: "Müqayisə ücün bildirək ki, qarpızlarda nitratların norması 60 mq/kq, yemişdə isə 90mq/kq-dır. Sevindirici haldır ki, müayinələr zamanı məhsullarda insan saglamlığı ücün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına rast gəlinməyib".

Dövlət Fitosanitar Nəzarəti Xidməti istehlakcıları bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə çağırır: "Əzik, catlamış, çürüməyə məruz qalmış məhsullar almaq, eyni zamanda məhsulu soyuducuda uzun müddət saxlamaq olmaz. Əgər düzgün temperatura riayət olunmaqla, məhsul soyuduca saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün hec bir təhlükə yarana bilməz".

Əlaqədar

Gömrük Komitəsi quru meyvələrin real qiymətlərinə aydınlıq gətirdi
Azərbaycana gətirilən təzə və qurudulmuş meyvələr on dəfələrlə baha satılır
Bu meyvə sizi sərxoş olmağa qoymayacaq
İflic və insult risqini azaldan meyvə
Bu meyvə əsəblərinizi sakitləşdirəcək
Meyvələrin insan orqanizminə xeyri
Teqlər:
müayinə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi, bostan, yemiş, qarpız, meyvə, Kənd Təsərrüfatı Nazirliyi

Əsas mövzular