02:44 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
118 0 0

Dövlət Baytarlıq Nəzarəti Xidməti: "Respublikada dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir"

BAKI, 21 iyun — Sputnik. Bir sıra kütləvi informasiya vasitələrində (KİV) Qubanın dağlıq Buduq kəndində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yaylması və heyvanlar arasında tələfatın olması barədə məlumat verilib. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb və hal-hazırda epizootik vəziyyət sabitdir.

DBNX-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, KİV-də yayılmış məlumatla əlaqədar Xidmətin mütəxəssisləri Quba rayonunun Buduq kəndinə ezam olunub, orada araşdırmalar aparılıb, təxminən beş gün öncə ölmüş 1 baş iribuynuzlu heyvan baytarlıq-sanitariya qaydalarına uyğun olaraq zərərsizləşdirilib və 3 baş xəstəliyə şübhəli iribuynuzlu heyvandan nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına müayinə olunmaq üçün gətirilib. Müayinələrin nəticələri barədə əlavə məlumat veriləcəyi də qeyd olunur.

Bildirilir ki, kənddə xəstəliyə şübhəli olan həmin 3 baş iribuynuzlu heyvan dərhal müalicəyə cəlb edilib və digər heyvanlar arasında müvafiq müalicə-profilaktika işləri həyata keçirilib. Hal-hazırda heyvanlar arasında heç bir ölüm halı yoxdur.

"Xatırladırıq ki, respublikada olduğu kimi, Quba rayonunu Buduq kəndində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Aparılan tədbirlər çərçivəsində kənd sakinləri ilə baytarlıq mütəxəssislərinin görüşləri də keçirilib və əhali arasında maarifləndirmə işi aparılıb", — deyə DBNX-dən bildirilib.

Xidmət əhalinin və heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatçılıq olarsa, vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin "qaynar xətt"inə (tel: 012-562-76-13) müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın: "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və bu sabitliyə nəzarət olunur".

Əlaqədar

Zaqatalada qadın quduzluq xəstəliyindən ölüb
Sahibsiz it 23 yaşlı oğlanı xəstəxanalıq etdi
Qıcqırma təhlükəli xəstəlikdən xəbər verə bilər
Avitaminoz - xəstəlikdir yoxsa, nə?
Bu insanlar yoluxucu xəstəliklə üzə-üzə qalıblar
Ürək xəstəlikləri olan insanlar üçün faydalı məsləhətlər
Teqlər:
dabaq xəstəliyi, heyvan, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Buduq kəndi, Quba

Əsas mövzular