CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Primadonna"nın bacıları onun oğulluğu ilə əmlak davasında

© Photo : REPORTİlhamə Quliyeva
İlhamə Quliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Quliyeva Gülbahar Məzahir qızı və Həsənova İradə Məzahir qızının may ayında etdikləri müraciət üzrə materialları istintaq üçün Yasamal rayonu 26-cı polis bölməsinə göndərilib.

BAKI, 19 iyun — Sputnik. Müğənni İlhamə Quliyevanın ölümündən sonra da onun adı ətrafındakı qalmaqallar səngimir. Bu il fevralın 25-də 73 yaşında vəfat etmiş xalq artistinin bacıları müğənninin oğulluğunu ona məxsus qızıl və əntiq bər-bəzək nümunələrini oğurlamaqda ittiham ediblər. Bu barədə Sputnik-ə Yasamal rayonu polisindən məlumat veriblər. 

Belə ki, dünən Baş Prokurorluq 1960-cı il təvəllüdlü Quliyeva Gülbahar Məzahir qızı və 1963-cü il təvəllüdlü Həsənova İradə Məzahir qızının may ayında etdikləri müraciət üzrə materialları istintaq üçün Yasamal rayonu 26-cı polis bölməsinə göndərib. 

Bacıların sözlərinə görə, oğurluq hadisəsi Qutqaşınlı küçəsi 492 ünvanındakı evdə baş verib. Onlar iddia edirlər ki, müğənninin oğulluğu Orxan Nadirov bacılarının mülkiyyətinin varisi ola bilməz. Lakin buna baxmayaraq, Orxan və həyat yoldaşı Arifə Nadirova müğənni öldükdən sonra onun bütün əmlakına sahib çıxıblar. Bacılar bu əmlakın onlara məxsus olduğunu iddia edirlər. 

Qeyd edək ki, media İlhamə Quliyevanın geniş qızıl və zinət əşyalarından ibarət kolleksiyaya malik olduğunu iddia edir.

Xəbər lenti
0