CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda polislər turistin itirdiyi pulları taparaq sahibinə veriblər

© Photo : REPORTPolis İdarəsi.Arxiv şəkli
Polis İdarəsi.Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Formula 1” yarışı ilə bağlı Azərbaycana gələn turistlərdən biri Filarmoniya bağında 1700 dollar itirib.

BAKI, 18 iyun — Sputnik. Bakı şəhərinin mərkəzində yerləşən Filarmoniya bağında polis əməkdaşları pul kisəsi aşkarlayıblar.

APA-nın məlumatına görə, ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Baş Mühafizə idarəsinin əməkdaşları Filarmoniya bağında içərisində sənədlər və 1700 ABŞ dolları olan pul kisəsi tapıblar.

Polislər həmin ərazidən bir az kənarda “Formula 1” yarışı ilə bağlı Azərbaycana gələn turistlərdən birinin nə isə axtardığını görüblər. Məlum olub ki, tapılan pul kisəsi həmin turistə məxsusdur. Dəqiqləşdirmə aparıldıqdan sonra pul kisəsinin qonağa məxsus olduğu müəyyən edilib və sahibinə təhvil verilib. 

Xəbər lenti
0