CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda evlərin qiymətləri aşağı düşəcək

© Sputnik / Fuad HasanovÇoxmərtəbəli yaşayış binası. Arxiv şəkli
Çoxmərtəbəli yaşayış binası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Hazırda daşınmaz əmlak bazarında vəziyyət kritikdir"

BAKI, 14 iyun-Sputnik. Azərbaycanda baş verən devalvasiyalardan sonra iflic vəziyyətə düşmüş daşınmaz əmlak bazarında hazırda vəziyyət necədir? Bu bazar öz mövqeyini bərpa edə bilirmi?

Sputnik-in əməkdaşı bu suallara cavab tapmaq üçün əlaqədar şəxslərlə danışıb.

"Hazırda daşınmaz əmlak bazarında vəziyyət kritikdir. Ona görə ki, faktiki olaraq bütün seqmentlər üzrə həm qiymət azalması həm də durğunluq müşahidə olunmaqdadır. Üstəgəl, qarşıda passiv yay mövsümü gəlir. Yay mövsümündə onsuz da dinamika azalır."

Yeni tikili binalar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ev almağa tələsməyin!

Bu sözləri "Əmlak Ekspert Mərkəzi"nin direktoru Ramil Osmanlı Sputnik-ə açıqlamasında deyib.

"Nəzərə alsaq ki, məsələn, mənzil bazarında ipoteka kreditlərinin verilməsi dayandırılıb, bu, mənzil bazarındakı əqdlərin sayının, alqı-satqı əməliyyatlarının azaldılmasına gətirib çıxardıb. Digər tərəfdən, nağd alışlarda da kəskin azalmalar var. Bütövlükdə, bazarda bütün göstəricilər üzrə mənfiyə doğru dəyişmələr müşahidə olunur. Həm qiymətlərin azalması həm tələbin aşağı düşməsi, həm də bazarda bütövlükdə passivlik müşahidə olunur." — deyə ekspert əlavə edib.

Ramil Osmanlı bugünkü iqtisadi şərtlər çərçivəsində daşınmaz əmlak bazarının özünü bərpa edə biləcəyini düşünmür: "Bunun üçün çox ciddi iqtisadi tendensiyalar baş verməlidir. Bunlar daha çox makroiqtisadi göstəricilərlə bağlıdır. Gəlirlər artmalı, neftin qiyməti qalxmalı, Rusiyadan Azərbaycana daxil olan pul kütləsinin həcmi artmalıdır. Bu proseslər baş verdikdən sonra bazarın inkişafı ilə bağlı müəyyən addımlar atıla bilər. Məsələn, ötən illərdə olduğu kimi, hökumət şəhərsalma və infrastruktur layihələrinin icrasına başlaya, bura ayrılan vəsaitlərin həcmi artırıla bilər, ipoteka kreditlərinin verilməsi bərpa olunar və s. Bu da bazarda dinamikanı, aktivliyi, tələbi artırar və qiymət artımına gətirib çıxarda bilər. Amma indiki iqtisadi şərtlərdə bunların heç birinin baş vermə ehtimalı yoxdur".

Bakıda gənclər - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Hər dəfə deyirəm ki, gələn il özümə ipoteka ilə ev alacam..."

İqtisadçı-ekspert Nicat Hacızadə Sputnik-ə şərhində bildirib ki, Bakının daşınmaz əmlak bazarında vəziyyət bir qədər fərqlidir: "Ümumiyyətlə, Azərbaycanda daşınmaz əmlakın qiymətinin təyin edilməsi bir qədər çətindir. Çünki, burada əsas faktorları bazar deyil, süni şəkildə sahibkarların qoyduğu qiymətlər müəyyənləşdirir. Bundan əlavə, sahibkarların qoyduğu qiymətlər bəzi ərazilərdə aşağı düşmür. Bu da daşınmaz əmlak bazarında müəyyən qiymət oynamalarının baş verməsinə gətirib çıxardır. Daşınmaz əmlakda bazarın da, sahibkarın da müəyyənləşdirdiyi hissələr var".

Ekspert hesab edir ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən evlərə olan tələb azalıb, təklif isə çoxalıb: "Evləri satmaq istəyən şəxslərin sayı çoxdur. Alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün bir çox şəxslər onu ala bilmirlər." 

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, daşınmaz əmlak bazarında qiymətlərin azalması prosesi hələ bir müddət davam edəcək: "Çünki, Azərbaycanda qiymətlər kifayət qədər yüksək həddə qədər şişmişdi. Onun normallaşdırılması prosesi zaman alacaq. 1-1,5 il ərzində bu proses davamlı şəkildə qiymətlərin azalmasına doğru gedəcək. Bazar öz dəyərini qazanana qədər davam edəcək. Əvvəllər əsasən Rusiyadan gələn vəsait hesabına bazarda qiymətlər qalxırdı. İndi gələn vəsait xeyli dərəcədə azalıb. Bu bazar öz dayaq nöqtəsini tapana qədər qiymətlərin azalması prosesi baş verəcək".

Xəbər lenti
0