10:42 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
56010

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Tarixidən danışan binalar

Bəşər övladı yarandığı gündən daim mübarizədə olub. Çox vaxt bu mübarizələr isə müharibə formasında olub. Zaman keçdikçə müharibələr dayanıb və tarixə çevrilib. Bu tarixdə isə xüsusi qəhrəmanlıq göstərənlərin xatirələri daim uca tutulub. Çox vaxt onların yaşadıqları evlər muzeyə çevrilib.

Belə muzeylərdən biri də Lənkərandakı 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Əhəd oğlu Aslanovun ev muzeyidir.

Almanlara gözdağı verən lənkəranlı 

Öz gözəl təbiəti və tarixi ilə məşhur olan Lənkəranda zaman-zaman adını tarixə yazdıran şəxslər və qəhrəmanlar olub. Onlardan biri, bəlkə də birincisi 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Əhəd oğlu Aslanovdur. Həzi 22 yanvar 1910-cu ildə Lənkəran şəhərində anadan olub. 13 yaşında ikən — 1923-cü ildə atası Aslanov Əhəd vəfat etdikdən sonra atasının işlədiyi Lənkərandakı kərpic zavodunda işə düzəlir. Bir il sonra gənc Aslanov komsomolun xətti ilə Zaqafqaziya Hərbi Hazırlıq məktəbinə göndərilir. 1929-cu ildə Leninqrad Süvari məktəbinə daxil olan Həzi 1931-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci alayına tağım komandiri təyin edilib. 1941-ci il sentyabr ayının sonunda Moskvaya çağrılır, ordan da Krıma 55-ci Əlahiddə Tank briqadasının komandir müavini vəzifəsinə göndərilir. 22 dekabr 1942-ci ildə 55-ci Əlahiddə Tank briqadasının komandiri olan və podpolkovnik rütbəsini çiynində daşıyan Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

1944-cü ilin 13 mart tarixində SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Həzi Aslanov General-mayor rütbəsi ilə təltif olunur. General 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda gedən döyüşdə ağır yaralandıqdan sonra həlak olub. Bundan əvvəl, 1944-cü ildə isə ona Belarusiya cəbhəsindəki şücaətinə görə 2-ci dəfə Sovet İttifaqı qəhrəmanı adına təqdim edilsə də, SSRİ  hərbi rəhbərliyində təmsil olunan milliyyətcə erməni olan general İ.Baqramyan buna mane olur və general-mayor Həzi Aslanov ölümündən 47 il sonra, 1991-ci ildə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

  • 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Əhəd oğlu Aslanovun ev muzeyi
    2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Əhəd oğlu Aslanovun ev muzeyi
    © Sputnik / Rahım Zakıroglu

1 / 22

Qəhrəmanın evi 

Generalın həyatı və döyüş yolu haqqında öyrənmək üçün və ən əsası onun hələ 8-yaşında olarkən, yəni 1918-ci ildə öz əli ilə əkdiyi 98 yaşlı innab ağacını görmək üçün qəhrəmanın evinə yollandıq. Muzeyin direktoru Tamara xanım Fətullayeva ev haqqında geniş məlumat verdi. O, bildirdi ki, sözügedən muzeyə 1970-ci ildən rəhbərlik edir.

“Qəhrəmanın ev muzeyi 9 may 1969-cu ildə istifadəyə verilib. Həmin il ev istifadəyə veriləndə 2 otaqdan ibarət olub və sahəsi 35 kvm olub. Muzey açılanda onun ilk direktoru generalın həyat yoldaşı Xavər xanım Aslanova olub. 8 may 1983-cü ildə evin yeni ekspozisiya otaqlarının açılışı edilib. Otaqların sayı 5-dək artırılıb və muzeyin ümumi sahəsi 114,2 kvm-ə çatdırılıb.

Həmin gün muzeyin açılışında Mərkəzi Komitənin birinci katibi Kamran Bağırov, qəhrəmanın oğulları — Tofiq Aslanov, Arif Aslanov, qardaşı Abbasqulu Aslanov, bir neçə qohumu, veteranlar və rayon ictimaiyyəti də iştirak ediblər. 1985-ci ildə Həzi Aslanovun ev muzeyi qələbənin 40-illiyi münasibətilə hərbi-vətənpərvərlik sahəsində səmərəli işə görə SSRİ Mədəniyyət Nazirliyinin diplomuna layiq görülüb.”

Qeyd edək ki, generalın ev muzeyini ziyarətə müxtəlif vaxtlarda tanınmış simalar gəliblər — qəhrəmanın döyüş yoldaşları, korpus komandiri və başqaları. Məşhur müğənnilərdən Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Sovet İttifaqı qəhrəmanları Ziya Bünyadov və Məlik Məhərrəmov da generalın ev muzeyini ziyarət ediblər.

Tamara xanım bildirdi ki, generalın evində qəhrəmanın anasının və özünün şəxsi əşyaları saxlanılır:

“Ev yerli memarlıq üslubunda çiy kərpicdən tikilib. Evin 5 otağı və 1 geniş eyvanı var. 1-ci otaqda generalın anası Nuşafərin xanımın şəxsi əşyaları qorunur. İkinci otaqda qəhrəmanın 1924-40-cı illəri əhatə edən hərbi xidməti əks etdirən ekspozisiyalar, 3-cü otaqda onun Moskvadan Stalinqrada qədər keçən döyüş yolunu əks etdirən ekspozisiyalar, 4-cü otaqda Belarusiyada Baltikyanı ölkələrə qədər döyüş yolunu əks etdirən ekspozisiyalar, 5-ci otaqda isə muzeyə verilən hədiyyələr, generalın bir neçə şəxsi əşyası, o cümlədən general forması və sırıqlısı saxlanılır.”

Məlumat üçün bildirək ki, muzey 47 ildir fəaliyyət göstərir. Muzeydə saxlanılan eksponatların sayı 1970 ədəddir. Bunlardan 290 ədədi eksponatların əslidir, 1680 ədədi isə elmi-köməkçi eksponatlardır. Burada generalın xatirə əşyalarından şəxsi hərbi geyimi, sırıqlı şalvarı, əl dəsmalı, yorğança, süfrə və sair saxlanılır. Muzey direktorunun bildirdiyinə görə, bu günə qədər qəhrəmanın ev muzeyinə 1 milyona yaxın ziyarətçi gəlib. Gələnlərin çoxu öz ürək sözlərini muzeyin xatirə kitabına yazırlar. Muzey 2010-cu ildə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının şəxsi təşəbbüsü ilə əsaslı təmir olunub.

Əsas mövzular