18:55 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Avtomobillərin icbari sığortası

Artıq sığorta məlumatlarımızı ələ keçirə bilməyəcəklər

© Flickr / Pictures of Money
CƏMİYYƏT
Qısa URL
2801

Mustafa Abbasbəyli: "Məqsəd bir sığorta şirkətinin nümayəndəsinin digər sığorta şirkətinin portfelindəki məlumatlara əlçatanlığının aradan qaldırılmasıdır"

BAKI, 10 iyun — Sputnik. İyunun 7-dən etibarən 9707 nömrəsindən göndərilən SMS bildirişlərində icbari sığorta müqaviləsinin bağlandığı, qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarixlər əks olunmur. Əvvəl isə İcbari Sığorta Bürosu tərəfindən istifadəyə verilən 9707 SMS xidməti vasitəsilə sığortalılara avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin bağlanması, ləğvi, xitamı, qüvvədən düşməsi və sığorta haqqı barədə məlumat göndərilirdi.

Mustafa Abbasbəyli, sığorta eksperti
© Foto : STR
Mustafa Abbasbəyli, sığorta eksperti

Məsələ ilə bağlı sığorta eksperti Mustafa Abbasbəyli Sputnik-ə açıqlamasında deyib ki, əvvəllər sığorta agentləri bu məlumatdan istifadə edib digər sığorta şirkətlərində sığortalanan şəxslərin məlumatlarını əldə edirdilər: "Sonra sığorta müqaviləsinin bitməsinə yaxın zəng vurub əvvəlcədən bildirirdilər ki, bizdə sığortalanın və s. Bu məlumatların yığışdırılmasının səbəbi budur ki, belə halların qarşısı alınsın. Məqsəd bir sığorta şirkətinin nümayəndəsinin digər sığorta şirkətinin portfelindəki məlumatlara əlçatanlığının aradan qaldırılmasıdır".

Ekspert deyib ki, bu addım belə halların qarşısını az da olsa alacaq: "Çünki, başqa şirkətlərin portfellərini, adətən bu yolla deyil, digər yollarla ələ keçirmə halları var idi. Bu, onun kiçik bir hissəsi idi. Bu addım həmin kiçik hissənin qarşısını alacaq. Amma digər halların qarşısını almayacaq".

O bildirib ki, avtomobillərin icbari sığortası xırda templərlə arta-arta gedir: "Bu sahədə qanunvericilik kifayət qədər mükəmməldir. Sırf bu sığorta növü sahəsində hər hansı bir neqativ hal görmürəm. Ən çox yayılmış sığorta növü də məhz avtomobillərin icbari sığortasıdır".

"Daşınmaz əmlak sığortasında problemlər var. Əmlakların heç 10 faizi sığortalanmır. Avtomobillərin isə 80-90 faizə yaxını sığortalanır. Bu sığorta növü normal şəkildə işləyir", —deyə ekspert əlavə edib.

Əlaqədar

Avtomobillərin icbari sığortası ilə bağlı yenilik edildi
"Bəziləri sığortaya təhlükəsizlik təminatı kimi deyil, qazanc mənbəyi kimi baxırlar"
Sığorta problemləri nə vaxt həll olunacaq?
Sığorta bazarında ödənişlərin statistikası
Azərbaycanda iki sığorta şirkəti birləşir
Teqlər:
avtomobillərin icbari sığortası, portfel, Mustafa Abbasbəyli, İcbari Sığorta Bürosu, siğorta

Əsas mövzular