19:19 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
127 0 0

Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinin "Azərişıq"a yaranan borcu qəsəbədəki küçə işıqlarının söndürülməsinə səbəb olub

BAKI, 2 iyun — Sputnik. Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində küçə işıqlarının yanmaması ilə bağlı Sputnik-in redaksiyasına şikayət məktubu daxil olub. Sakinlərin verdikləri məlumata görə, ərazidə küçə işıqları yanmadığı üçün, hər yer zülmətə qərq olur və küçədən keçmək təhlükəyə çevirilir.

Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinin (BŞİEŞM) Sabunçu rayon küçə işıqları üzrə sahə rəisi Mehdi Qafarov Sputnik-ə açıqlamasında faktı təsdiqləyib: "Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, borc olarsa, "Azərişıq" elektrik enerjisinin verilməsini dayandıra bilər. Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinin "Azərişıq"a borcu olduğundan, bu problem yaranıb".

"İşıqları kəsməzdən öncə teleqram vurulub, 11 rayonun hər birinə xəbərdarlıq edilib və sonra işıq verilməsi dayandırılıb. Dövlət bizim müəssisəyə büdcədən bir neçə aydır pul ayrılmadığı üçün, idarə borcları ödəyə bilmir. Bu səbəbdən "Azərişıq" işıqları kəsməli olub", — sahəisi qeyd edib.

O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti artıq məsələyə baxır və Nazirlər Kabinetinə də Bakı küçələrinin işıqsız qalmaması üçün məktub göndərilib: "Bir həftəyə kimi borcların ödənilməsi təmin olunacaq və tezliklə küçə işıqlarının yanmasına şərait yaradılacaq".

Məsələni Sputnik-ə şərh edən hüquqşunas Səməd Vəkilov bildirib ki, idarələr arasında yaşanan problemlərin vətəndaşlara heç bir aidiyyəti yoxdur: "Təbii inhisar haqqında qanun var. Bu qanuna əsasən, vətəndaşlar "Azərişıq"ın işığından istifadə etmək məcburiyyətindədir. "Azərişıq" da bu vəzifəni boynuna götürdüyü üçün onların bu işdən boyun qaçırmaq haqları yoxdur. Ona görə nə olur olsun, küçə işıqları yandırılmalıdır".

Əlaqədar

Adı bilinməyən podratçı şirkət - dəyişməyən işıq dirəkləri
Nardaran camaatının 43 milyon 643 min manat işıq və qaz borcu var
Səmada müəmmalı işıqlar peyda olub
Beynəlxalq İşıqfor Günü
Teqlər:
Mehdi Qafarov, "Azərişıq", Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsi, Bakıxanov qəsəbəsi, Sabunçu, Bakı

Əsas mövzular