CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda gerisayım başladı

© Photo : Baku City CircuitGerisayım saatı
Gerisayım saatı - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın ən işlək küçələrinin biri üzərində quraşdırılmış gerisayım saatı ictimaiyyət arasında Formula 1 yarışına diqqəti cəlb etməklə yanaşı, bu yarışa marağın artmasına kömək edəcək

BAKI, 31 may — Sputnik. Bu il Bakının ev sahibliyi edəcəyi ən möhtəşəm yarışa — Formula 1 Avropa Qran Prisinə 20 günün qaldığı bir ərəfədə Bakıda Yusif Səfərov küçəsi boyunca yerləşən Şah İsmayıl Xətai parkında gerisayım saatı quraşdırılıb. Bu barədə Sputnik-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bakı Metropoliteni - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı metrosunun giriş-çıxış qrafiki dəyişir

Modern üslubda hazırlanan installyasiya şəhərin qonaqlarına və sakinlərinə Formula 1-in bu ilki mövsümünün 8-ci yarışı olan Avropa Qran Prisinin başlamasına qalan vaxtı göstərir. Paytaxtın ən işlək küçələrinin biri üzərində quraşdırılmış gerisayım saatı ictimaiyyət arasında Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışına diqqəti cəlb etməklə yanaşı bu yarışa marağın artmasına kömək edəcək.

Avropa Qran Prisinə hazırlıq işlərinin əksəriyyətini uğurla başa vuran əməliyyat şirkəti hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yarışın keçirilməsi üçün gərəkli olan bütün hazırlıq işlərini iyunun 16-dək tam başa vurmaq əzmindədir. Artıq Paddok ərazisində yerləşən Pit binasının, Beynəlxalq Avtomobil Federasiyası, Formula Bir Rəhbərliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, komandalar və yarışla əlaqədar digər iştirakçıların ofislərinin tikintisi başa çatıb.

© Photo : Baku City CircuitModern üslubda hazırlanan installyasiya yarışın başlamasına qalan vaxtı göstərir.
Modern üslubda hazırlanan installyasiya yarışın başlamasına qalan vaxtı göstərir - Sputnik Azərbaycan
1/3
Modern üslubda hazırlanan installyasiya yarışın başlamasına qalan vaxtı göstərir.
© Photo : Baku City CircuitGerisayım saatı paytaxtın ən işlək küçələrinin birində quraşdırılıb.
Gerisayım saatı paytaxtın ən işlək küçələrinin birində quraşdırılıb - Sputnik Azərbaycan
2/3
Gerisayım saatı paytaxtın ən işlək küçələrinin birində quraşdırılıb.
© Photo : Baku City CircuitArtıq Avropa Qran Prisinə hazırlıq işlərinin əksəriyyəti uğurla başa vurulub.
Artıq Avropa Qran Prisinə hazırlıq işlərinin əksəriyyəti uğurla başa vurulub - Sputnik Azərbaycan
3/3
Artıq Avropa Qran Prisinə hazırlıq işlərinin əksəriyyəti uğurla başa vurulub.
1/3
Modern üslubda hazırlanan installyasiya yarışın başlamasına qalan vaxtı göstərir.
2/3
Gerisayım saatı paytaxtın ən işlək küçələrinin birində quraşdırılıb.
3/3
Artıq Avropa Qran Prisinə hazırlıq işlərinin əksəriyyəti uğurla başa vurulub.

Hazırda bu tikililərdə texniki avadanlıqlar quraşdırılmaqdadır. Paddok ərazisində görülən bütün hazırlıq tədbirlərinin iyunun 6-dək yekunlaşdırılaraq əlaqədar tərəfdaşlara təhvil verilməsi nəzərdə tutulub.

Bakı Şəhər Halqasının asfalt örtüyü yarış üçün hazır vəziyyətə gətirilib. Trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılması ilə əlaqədar işlərin 95%-i artıq başa çatıb. Şəhər sakinlərinin fasiləsiz hərəkətinə mane olmamaq üçün trekin bəzi yerlərində təhlükəsizlik baryerləri yarışa ən yaxın günlərdə quraşdırılacaq. Belə ki, 14-16 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün tamamilə bağlanaraq son hazırlıq işləri, o cümlədən qalan təhlükəsiz baryerlərinin quraşdırılması, trekin yarış standartlarına müvafiq şəkildə boyanması və digər zəruri işlər həyata keçiriləcək.

Ali məktəblərə qəbul imtahanı. Arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Ali məktəb və kolleclərdə imtahanların vaxtı dəyişdirildi

Bakı Şəhər Halqası ətrafında quraşdırılacaq 9 tribunadan 7-nin tikintisi artıq başa çatıb. Hazırda 5 min nəfərlik yerə sahib Abşeron tribunasının tikintisi davam edir. Azneft tribunasının quraşdırılmasına isə iyunun 2-də start veriləcək. Bu zaman Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bundan əlavə, Formula 1 Şəhərciyinin yerləşəcəyi dənizkənarı bulvar hissəsində də hazırda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti göstərdiyi dəstəyə və anlayışa görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir və hamını dünyanın ən məşhur sürət yarışının paytaxt Bakıya gətirəcəyi yeni bayram əhval-ruhiyyəsini ən yüksək səviyyədə yaşamağa dəvət edir. Bu fürsəti qaçırmaq istəməyən ölkə vətəndaşları təqdim olunan endirimli bilet imkanlarından yararlanmağa tələssinlər.

Xəbər lenti
0