CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ödəmə terminalları vasitəsilə dövlət rüsumlarının ödənişi dayandırılıb

eManat terminalı
eManat terminalı - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda vergi rüsumları və dövlət sosial sığorta üzrə ödəmələrlə əlaqədar ödənişlər edilməsi mümkün deyil.

BAKI, 29 may — Sputnik. Azərbaycanda "Modenis" şirkəti (eManat terminallar şəbəkəsinin sahibi) ödəmə terminalları vasitəsilə dövlət rüsumlarının ödənişini dayandırıb. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Hazırda vergi rüsumları və dövlət sosial sığorta üzrə ödəmələrlə əlaqədar ödənişlər edilməsi mümkün deyil.

Şirkətdən bildiriblər ki, həmin ödəmələrin həyata keçirilməsi maliyyə məsələsi ilə əlaqədardır: "Hazırda ödəmələrin bərpa edilməsi üzrə danışıqlar aparılır. Yaxın aylar ərzində bunun yenidən mümkün olacağı istisna edilmir".

Hazırda ödəmə terminalları vasitəsilə Xırdalan şəhəri, Bakının Nəsimi, Yasamal, Nizami, Sabunçu rayonları üzrə bələdiyyə vergilərinin qəbulu həyata keçirilir.

Xəbər lenti
0