CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Başımıza daha böyük bəlalar gəlmədən bu problemi həll etsinlər"

© Sputnik / HIKMET ORHUNQazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır
Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxda Sovet dövründə quraşdırılan kanalizasiya sistemi çökdüyündən, sakinlər əməlli-başlı zülümə düşüblər. Ayağı suda islanan məktəblilər xəstələnir, dərslərdən geri qalırlar.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 24 may — Sputnik. Qazax rayonunun Azadlıq küçəsində kanalizasiya sistemləri yenilənmədiyi üçün yağış yağanda yollarda əmələ gələn gölməçələr insanların rahat hərəkətinə mane olur. Döngələrdən axan sel-suyun son dayanacağı səkilər və obyektlərin qabağıdır. Maşınlar bir balaca sürətlə hərəktə edəndə sakinlərin üst-başı islanır.

Hələ Sovet dövründə quraşdırılan kanalizasiya sistemi çökdüyündən, bu cür hallar son dövrlərdə tez-tez yaşanır. Kanalizasiya sisteminin yenilənməsi nəzərdə tutulsa da, quraşdırılması gecikir. Yolun üzərində məktəblər, müxtəlif inzibati binalar yerləşir. Şagirdlər məcburən ata-anaları ilə gedib-gəlirlər ki, valideynləri onları keçilməz gölməçələrdən adlada bilsinlər.

© Sputnik / HIKMET ORHUNQazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır.
Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır - Sputnik Azərbaycan
1/5
Qazaxda dəyişdirilməyən kanalizasiya sistemi problem yaradır.

2/5

3/5

4/5

5/5

Şəhər sakinlərindən Elvin Carçıyevin Sputnik-ə dediyinə görə, tez-tez yaşanan bu cür hallardan cana-boğaza yığılıblar: "Yağış təbiət hadisəsidir, qabağını almaq olmaz. Amma əlaqədar təşkilatlar bununla bağlı tədbir görməlidir. Əks təqdirdə hələ uzun illər zülm çəkəcəyik".

"Ayağı suda islanan məktəblilər xəstələnir, dərslərdən geri qalırlar. Başımıza daha böyük bəlalar gəlmədən problem vaxtında həll olunmalıdır", — şəhər sakini bildirib.

Qazax RİH başçısının Qazax şəhər inzibati dairəsi üzrə nümayəndəliyi də adı çəkilən küçədə yerləşir. Lakin, illərdən bəri üst-üstə qalaqlanmış problemlə bağlı hər hansı bir addım atılmayıb.

Xəbər lenti
0