CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ziya Bünyadov propektində hərəkət məhdudlaşdırılacaq

© REPORTZiya Bünyadov prospektində tıxac
Ziya Bünyadov prospektində tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Məhdudlaşdırma bu axşam saat 22:00-dan etibarən səhər saatlarınadək davam edəcək.

BAKI, 23 may — Sputnik. Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı şəhərinin Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində ("Çermet" körpüsünədək) hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən bildirilib ki, bu yolda məhdudlaşdırma hər iki istiqamət üzrə yol tam bağlanmadan tətbiq ediləcək.

"Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi, yol göstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir", — deyə şirkətdən bildirilib.

Xəbər lenti
0