08:02 18 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0621
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
54110

Heydər Mirzəyev: "Vaxt var idi 24 saat bu klubda müştərilər əlindən tərpənmək olmurdu. Təxminən 6-7 il əvvəlin söhbətini edirəm. O dövrlə indiki dövrü müqayisə edəndə, demək olar ki, işə havayı gəlib-gedirik"

BAKI, 20 may — Sputnik. "Bu dövrdə internet klub açıb, ordan pul gözləyənlərin ağlı yoxdur". Bunu Sputnik-in əməkdaşı ilə söhbətində Heydər Mirzəyev deyib.

H. Mirzəyev 10 ilə yaxındır ki, "Elmlər Akademiyası" metrostansiyasının çıxışında, 5 mərtəbəli binanın zirzəmisində internet klub işlədir. Təzə-təzə çox yaxşı pul qazandıqlarını deyən klub administratoru, indi içəri müştəri girəndə sevindiklərini söyləyib.

"Vaxt var idi 24 saat bu klubda müştərilər əlindən tərpənmək olmurdu. Təxminən 6-7 il əvvəlin söhbətini edirəm. Əsasən də xarici tələbələr daha çox gəlirdi. Hələ bəziləri gecə səhərə qədər stolda mürgüləyirdilər. Qazancımız yaxşı idi. O dövrlə indiki dövrü müqayisə edəndə, demək olar ki, işə havayı gəlib-gedirik", — həmsöhbətimiz deyib.

Mirzəyev bu ticarət növündə zəifləməni belə izah edib: "Əslində bugünkü vəziyyət gözlənilən idi. Bir şey ki (İnterneti nəzərdə tutur — red.), artıq insanların ciblərinə girib, onda nəyə lazımdır gəlib zirzəmilərə girmək? Elə telefonlar ixtira ediblər ki, sürəti kompüterin sürətindən qat-qat güclüdür. Ona görə də bu işə həvəslənənlərə məsləhət görürəm ki, əbəs yerə pullarını xərcləyib internet klub açmasınlar. Çünki bu işdə artıq pul yoxdur".

  • Bakıda internet klub
    Vaxt var idi bu tip klublarda müştəri əlindən tərpənmək olmurdu
    © Sputnik / Fuad Hasanov
  • Bakıda internet klub
    İndiki dövrdə isə əksər kompüterlər saatlarca boş qalmalı olur
    © Sputnik / Fuad Hasanov
  • Bakıda internet klub
    İnternet klubların müştəriləri əsasən gənclər, tələbələrdir
    © Sputnik / Fuad Hasanov
  • Bakıda internet klub
    Heydər Mirzəyev: Bu dövrdə internet klub açıb, ordan pul gözləyənlərin ağlı yoxdur
    © Sputnik / Fuad Hasanov
1 / 4
© Sputnik / Fuad Hasanov
Vaxt var idi bu tip klublarda müştəri əlindən tərpənmək olmurdu

Yan-yörədəki digər klublarda da eyni vəziyyət hökm sürür. Misal üçün, BDU-ya gedən yolun sağ tərəfində yerləşən "Zamin" internet klubda cəmi 1 müştəri əyləşmişdi.

Sözün qısası, H.Mirzəyevin də dediyi kimi, bu zamanda internet klub açıb çörək pulu qazanmaq elə də məsləhətli deyil. Çünki bu gün kimsə, cibində gəzdirdiyi interneti görməzdən gəlib zirzəmilərə girmək istəmir və istəməyəcək.

Əlaqədar

Qaçqınları gecə klublarına buraxmayacaqlar
Deputat uşaqları internetdən uzaq tutmağı təklif edir
İnternet bizim üçün nə dərəcədə əlçatandır?
Azərbaycanın internet televiziyası peyk yayımına keçir
İnternet 10 il əvvəl ölmüş qızı diriltdi
"Delta-Telecom" internetin qiymətlərini qaldıracağını bəyan etdi
Teqlər:
qazanc, Heydər Mirzəyev, internet klub, "Elmlər Akademiyası", internet

Əsas mövzular