20:19 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
492011

"Kimsəylə dava döyməmişəm. Elə bərəkət də bundadır. Sağ olsunlar, müştərilərim də özümə oxşayıblar - aramızda bir söz-gap olmayıb, mübahisə eləməmişik"

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. Görüb götürmüş ağsaqqallardan eşitmişəm ki, sənətkar günortaya kimi ac qalar. Bir adam işinin ustasıdırsa, gec-tez onu axtaracaqlar, bir gün ona ehtiyac olacaq.

Hər sənətin öz gözəlliyi var. Hansı işlə məşğul olursan ol, gərək sevəsən, ən yaxşısından olasan, arayıb axtarasan. Bilmədiyini biləndən öyrənə, bildiyini bilməyənə öyrədəsən.

Tanıdığım bütün sənətkarlardan eşitdiyim bir söz də var, deyirlər ki, gərək gözün adamların əlində qalmaya. Gərək insanların səxavətinə güvənəsən. Gördüyün işin üstünə "dədənin qiyməti"ni qoyub, qabağına gələnlə mübahisə etməyəsən.

İşini hörmətdən salmadan ölçü, mizan-tərəzi gözləyəsən. Əks təqdirdə müştərilər səndən qaçacaq, bir göz qırpımında unudulacaqsan. Sabah adını yadına salan olmayacaq.

  • Ayaqqabı təmirçisi Söhrab Əliyev
    Söhrab dayı otuz beş ildən artıqdır canla-başla insanların qulluğunda durur
    © Sputnik / HIKMET ORHUN
  • Ayaqqabı təmirçisi Söhrab Əliyev
    Sənətkar sökülmüş, cırılmış ayaqqabıları ikinci ömrünə qovuşdurmaqdan zövq alır
    © Sputnik / HIKMET ORHUN
  • Ayaqqabı təmirçisi Söhrab Əliyev
    Söhrab dayı çox gülərüz adamdır, danışmağı, danışdırmağı sevir
    © Sputnik / HIKMET ORHUN
  • Ayaqqabı təmirçisi Söhrab Əliyev
    Bu günə qədər bir neçə şagird yetirsə də, gənclər arasında bu sənətə marağın azlığından narazıdır
    © Sputnik / HIKMET ORHUN
1 / 4
© Sputnik / HIKMET ORHUN
Söhrab dayı otuz beş ildən artıqdır canla-başla insanların qulluğunda durur

Xoş sözü, xoş söhbəti ilə insanların hörmətini qazanan sənət adamlarından biri də ayaqqabı təmirçisi Söhrab Əliyevdir. Qazax şəhərində yaşayır. Otuz beş ildən artıqdır, canla-başla insanların qulluğunda duran Söhrab dayı bu sənəti seçdiyindən narazı deyil. Çətin tərəfləri olsa da, hər gün öz balaca köşkündə dəzgah başına əyləşərək bizi və sapı əlinə götürüb, sökülmüş, cırılmış ayaqqabıları ikinci ömrünə qovuşdurmaqdan zövq alır.

"Biz əlimi deşib, çəkic barmağımı yaralayıb, amma o xoşagəlməz hadisələr başıma gələndə işimi bir az daha sevmişəm. Çünki hər iş zəhmət tələb edir", — deyir usta.

Söhrab dayını görəndə yadıma düşdü, ayaqqabı təmirçiləri həmişə mənə cərrahları xatırladıblar. Cərrahlar da yarıb tikməklə, bundan ona, ondan buna orqan köçürməklə, üzərində əməliyyat apardıqları obyektə həyat qazandırmaqla məşğuldurlar. Sadəcə, birinin digərindən cəmi bircə fərqi var: cərrahlar insanlara, ayaqqabı təmirçiləri insanların ayaqqabılarına həyat bağışlayırlar.

Söhrab dayı da cərrahlar kimi gülərüz adamdır. Danışmağı, danışdırmağı çox sevir. Bu günə qədər o qədər adamla həmsöhbət olub ki, nitqi cilalanıb. Söhbət eləyəndə ayaqqabılarını yamatmağa gətirən insanla xəstə sahibi kimi davranır, həyəcanlandırmaq istəmir. Ümid doludur, işıq saçır.

Rusiyada sənət məktəbində işin sirrini öyrənəndən bu günə əli dəzgahda olub, bir dəfə bir adamın könlünü qırmayıb, bir adama "yox" deməyib, kimin qülbündən nə çıxıb, onu "bərəkət" deyib götürüb.

Əlinin zəhməti ilə ailə saxlayıb, övladlarını böyüdüb: "İlk dəfə bu işlə sənəti öyrəndiyim Rusiyada məşğul olmuşam. Həmişə istəmişəm, insanlar məndən razı qalsınlar, həm işimdən, həm də işin müqabilində verəcəkləri pulun məbləğindən… Kimsəylə dava döyməmişəm. Elə bərəkət də bundadır. Sağ olsunlar, müştərilərim də özümə oxşayıb, aramızda bir söz-gap olmayıb, mübahisə eləməmişik".

İnsanların hazır ayaqqabılara maraq göstərdiyi, söküləni yenidən geyinməyə həvəs göstərmədiyi bir zamanda sənəti ölməyə qoymayan usta işsizlikdən əziyyət çəkən cavanların bu sənətə yiyələnməsinə maraqlıdır. Hamı bənna, dülgər, bərbər, aşıq, müəllim, hüquqşünas olası deyil.

"Hər işin öz gözəlliyi var, gərək çəmini tapasan", — deyir Söhrab dayı.

Bu günə qədər bir neçə şagird yetirsə də, gənclər arasında bu sənətə marağın azlığından narazıdır: "Hər sənətkarın arzusudur, ondan sonra sənətini yaşadacaq şagirdi olsun. Bir-iki yetirməm olub, hətta, işləyirlər də… Amma son dövr marağı olan gənclər demək olar yoxdur. Çox istəyirəm, öyrənsinlər".

Əlaqədar

Boya almağa pul tapmayan rəssam bir ilkə imza atdı
O, gedəndən göyərçinlər də bu parka enmir...
Bu evdə 271 şəhid yaşayır
Şah əsərlər yarada bilərdi - bu gününə baxın
Teqlər:
dəzgah, Söhrab Əliyev, ayaqqabı təmirçisi, ayaqqabı, sənətkar, Qazax

Əsas mövzular