CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Amnistiya qərarı iyunun 15-də qüvvəyə minəcək

Abunə olmaq
Əli Hüseynli: "Əvvəlki qərarda 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər ciddi rəqəmdir. Bu amnistiya aktı 10 min nəfərə şamil olunur ki, əvvəlkilərlə müqayisədə 1000 nəfər çoxdur"

BAKI, 20 may — Sputnik. "Artıq Azərbaycanda amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanıb, parlamentə təqdim edilməsi, xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan müsbət ənənəyə çevrilib".

Mehriban Əliyeva, Azərbaycanın birinci xanımı - Sputnik Azərbaycan
Birinci xanımın təklif etdiyi amnistiya layihəsi qəbul edildi

Sputnik xəbər verir ki, bu sözləri parlamentin iclasında çıxışı zamanı millət vəkili Əli Hüseynli deyib. O, bildirib ki, "28 May — Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar əvvəlki qərarla müqayisədə 3500 şəxsin tam azadlığa buraxılmasını özündə ehtiva edir.

"Əvvəlki qərarda 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər ciddi rəqəmdir. Bu amnistiya aktı 10 min nəfərə şamil olunur ki, əvvəlkilərlə müqayisədə 1000 nəfər çoxdur", — deputat bildirib.

Millət vəkili deyib ki, amnistiya qərarının ikinci hissəsi özündə bir neçə məhdudiyyətləri ehtiva edir: "Bu da təbiidir. Ümumiyyətlə, amnistiya qərarlarında ağır cinayətlərə yer verilmir. Cinayətin xarakteri və ictimai təhlükəsizliyi nəzərə alınmalıdır. Əks təqdirdə onun humanizm ideyası tətbiq edilə bilməz".

Ə. Hüseynli vurğulayıb ki, amnistiya qərarı bu ilin iyunun 15-də qüvvəyə minəcək və qərarın ümumi icra müddəti 4 aydır: "Araşdırmalar onu göstərir ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş son amnistiya aktları ilə azadlığa buraxılanların arasında yenidən cinayət törətmək meylləri demək olar ki yoxdur. Bu onu göstərir ki, Heydər Əliyev Fondu insan hüquqlarının qorunması sahəsində də qarşıya qoyduğu məqsədə nail olub".

"Buna görə əminliklə demək olar ki, Respublika Günü münsibətilə irəli sürülən amnistiya təşəbbüsü vətəndaşlarımızın dövlətə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasında öz töhfəsini verəcək, insanların haqq-ədalət inamını daha da möhkəmləndirəcək", — millət vəkili qeyd edib.

Xəbər lenti
0