CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropaya gedən qaçqınlar dinlərini dəyişirlər

© newskaz.ruKilsə
Kilsə - Sputnik Azərbaycan
Abunə olmaq
Qaçqınların kilsələrə axın etdiyi deyilir.

BAKI, 19 may — Sputnik. Avropada qaçqınlar ölkələrinə geri göndərilməməsi üçün hər cür yollar axtarmağa başlayıb. Bura din dəyişdirmək də daxildir.

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Alman kilsələri artan müraciətlərdən narahatdır. Almaniyanın Evanjelik kilsəsi müraciətlərin çoxunun şəxsiyyət vəsiqələrinin din bölümündə xristian sözlərinin yer alması məqsədi daşıdığını irəli sürüb. Verilən açıqlamada dinlər kağız üzərində dəyişdirilmək istənilir deyilib.

Aşağı Saksoniya Katolik Kilsəsi isə qaçqınların müraciətlərinin məmnuniyyətlə qarşılandığını və din dəyişdirmə mərasimləri haqqında doğru məlumatların əldə edilməsi üçün ərəb və fars dillərində broşürlər hazırlandığını bildirib.

Qaçqınların kilsələrə axın etdiyi deyilir.

Almaniyada 1 milyondan çox qaçqın sığınacaq üçün müraciət edib. Almaniya müraciətlərin sayını azaltmaq üçün bir sıra tədbir görüb. Aralarında Tunis, Əlcəzair və Mərakeş kimi ölkələrin "etibarlı ölkə" elan edilməsi bu tədbirlərdən biridir. Beynəlxalq müqavilələrə görə, “etibarlı ölkə” vətəndaşlarının müraciətləri rədd edilə bilir. Həmçinin, o ölkələrin vətəndaşları deportasiya edilə bilir.

Xəbər lenti
0