CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dini radikalizmə qarşı mübarizəni gücləndirməliyik"

© REPORTMübariz Qurbanlı
Mübariz Qurbanlı - Sputnik Azərbaycan
Abunə olmaq
Mübariz Qurbanlı: "Bu gün dini radikal qruplardan geopolitik maraqlar naminə də istifadə olunur. Bəzi qüvvələr dini radikal qruplardan geopolitik maraqlar naminə istifadə edir"

BAKI, 18 may — Sputnik. "Azərbaycan İslam dünyasının bir parçasıdır və İslam aləmində baş verən hadisələr istər-istəməz bizə də təsir edir". Sputnik "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Fitnə" filminin təqdimatı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, dini radikal qruplardan geopolitik maraqlar naminə də istifadə olunur: "Bəzi qüvvələr dini radikal qruplardan geopolitik maraqlar naminə də istifadə edir. Ona görə də dövlət din münasibətlərində İslami dəyərlərimizi qorumaqla bərabər, dini radikalizmə qarşı mübarizəni bütün vasitələrlə gücləndirməliyik".

Xəbər lenti
0