14:05 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8947
CƏMİYYƏT

3 mindən artıq məhkum azadlığa buraxıla bilər

CƏMİYYƏT
Qısa URL
17001

Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə "Amnistiya aktı haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib

BAKI, 17 may — Sputnik. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May — Respublika Günü münasibətilə "Amnistiya aktı haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib. Sputnik xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov plenar iclasda deyib.

O bildirib ki, layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur. "Bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə dördüncü müraciətidir", — Z. Əsgərov bildirib.

Mayın 20-də keçiriləcək parlamentin növbəti iclasında qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir.

Əlaqədar

"Uşaq baxçaları icra hakimiyyətlərinin "yem yeri" olmaqdan qurtulmalıdır"
Bu xəbər alim olmaq istəyənləri məyus edəcək
"Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanuna dəyişikliklər edildi
Bəzi preparatlar narkotik vasitələr siyahısına salındı
Məsafədən idarə edilən pilotsuz uçan aparatlara icazə verildi
Teqlər:
28 May - Respublika Günü, Heydər Əliyev Fondu, birinci xanım, Mehriban Əliyeva, amnistiya

Əsas mövzular