07:57 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Zahid Oruc milli vəkil

"Uşaq baxçaları icra hakimiyyətlərinin "yem yeri" olmaqdan qurtulmalıdır"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
20210

Zahid Oruc: "Kimsə sual etsə ki, bağçanın Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var, mənə elə gəlir ki, bunu Hacıbala müəllimdən başqa heç kim cavablandıra bilməz"

BAKI, 17 may — Sputnik. "Bu gün baxçalar uşaqlarımızın 3-5 faizi üçün də əlçatan deyil. Əksər hallarda bağçalar dövlətin və konkret icra qurumlarının nəzarətindədir. Özəl bağçalar isə kifayət qədər azdır. Bu prosesi isə biz stimullaşdıra bilmirik".

Bakıdakı müasir uşaq bağçalarından biri. Arxiv şəkli
© Photo : Mehriban Əliyevanın şəxsi internet səhifəsi

Sputnik xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentin plenar iclasındakı çıxışı zamanı deyib. "Kimsə sual etsə ki, bağçanın Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var, mənə elə gəlir ki, bunu Hacıbala müəllimdən başqa heç kim cavablandıra bilməz", — deyə deputat bildirib.

O, əlavə edib ki, bağçaların Bakı Şəhər İcra Hakimiyyətinə heç bir aidiyyəti olmamalıdır: "Bağça həqiqətən də gələcək elmin sirlərinin ilk üsullarla öyrədilmə yeridir. Parlament üzvləri olaraq bu fikri cəmiyyətdə möhkəmləndirək ki, nəhayət bağçalar Təhsil Nazirliyinə qayıtsın. Və baxçalar müxtəlif rayonlarda icra hakimiyyətləri üçün yem yeri olmaqdan çıxsın".

"Bağçada uşaqların "soska"sına göz dikənlər varsa, onlar gələcəkdə onu daha nələrdən məhrum edəcəklərini özləri üçün hesablayırlar", —deyə millət vəkili qeyd edib.

Əlaqədar

Bakıda uşaq bağçası yandı
Küsülü oğul anasının qəbrini evinin bağçasından köçürtdürdü
Küçə uşaqlarının həyatındakı dəhşətli reallıqlar
Deputat uşaqları internetdən uzaq tutmağı təklif edir
Teqlər:
uşaq baxçası, baxça, Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyəti, Zahid Oruc, icra hakimiyyəti

Əsas mövzular