CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın bu küçəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq

Əziz Əliyev küçəsi
Əziz Əliyev küçəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Buna səbəb Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləridir.

BAKI, 13 may — Sputnik. “Formula-1” Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu il iyunun 17-dən 19-dək keçiriləcək mötəbər yarışa hazırlıq işlərini davam etdirir.

BŞH-dən verilən məlumata görə, hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri görülür. Buna görə də mayın 13-də saat 22:00-dan mayın 14-də səhər saat 06:00-dək Əziz Əliyev küçəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşdırılması nəzərdə tutulur.

Xəbər lenti
0