CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar Azərbaycan əhalisinin 6 faizini təşkil edirlər

Abunə olmaq
Ölkədə əlilliyi olan şəxslərin 65 mini uşaq, 375 mini pensiyaçı, qalanları isə sosial müavinət alan insanlardır. Əlilliyi olan insanlarımızın inklüziv cəmiyyətə qovuşmaları üçün çox böyük maneələr var.

Onlar Azərbaycan əhalisinin 6%-i təşkil edir
BAKI, 5 may — Sputnik. Hazırda Respublikamızda 65 mindən artıq əlilliyi olan uşaq var. Bunu Sputnik Mətbuat Mərkəzində keçirilən tədbirdə, Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli bildirib. Onun sözlərinə görə, maneəsiz ətraf mühitin yaradılması, əlilliyi olan şəxslərə bərabər imkanların yaradılması və onların müstəqil həyatlarının təmin olunması istiqamətində görülən işlər qənaətbəxş deyil.
İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda I qrup əlillər üçün prezident təqaüdü artırıldı

"Hazırda respublikamızda 570 minə yaxın əlilliyi olan şəxs var. Bu, ümumi Azərbaycan əhalisinin 6%-ni təşkil edir. Əlilliyi olan şəxslərin 65 mini uşaqlar, 375 mini pensiyaçılar, qalanları isə sosial müavinət alan insanlardır", — təşkilat sədri bildirib.

Onun sözlərinə görə, əlilliyi olan insanların ümumi vəziyyətinə nəzər saldıqda, burada müsbət və daha çox mənfi məqamlar var: "Biz etiraf etməliyik ki, əlilliyi olan insanlarımızın inklüziv cəmiyyətə qovuşmaları üçün çox böyük maneələr var. Bu maneələr əsasən infrastrukturun əlilliyi olan şəxslər üçün uyğun olmamasından irəli gəlir".

D. Rəhimli bildirib ki, bu səbəbdən əlilliyi olan şəxslər cəmiyyətdən təcrid olunur, mənəvi, maddi cətinliklərlə üzləşirlər: "Bunun nəticəsidir ki, əlilliyi olan şəxslərin əksəriyyəti inklüziv təhsildən kənarda qalır. Onların 30%-ə yaxını ümumiyyətlə təhsilin digər formalarından istifadə edirlər".

"Problemlərin həlli üçün qanunların icra olunmasının icra mexanizminin dəqiqləşdirilməsinə, işəgötürənlərə güzəştlərin tətbiq olunmasına, qanunların və digər hüquqi-normativ aktların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsinə, o cümlədən ictimai nəzarətin artırılmasına ehtiyac var", — ekspert vurğulayıb.

Onun dediyinə görə, əlilliyi olan şəxslərin 23%-i, yəni 137 mini sosial müavinət alanlar, 375 mindən artığı isə əmək pensiyaçılarıdır: "Əmək pensiyalarının orta aylıq məbləği 189.9 manat təşkil etsə də, sosial müavinatlar çox aşağıdır. Əlilliyi olan insanların hökümətdən aldığı müavinətlər iki cür olur: pensiya və sosial müavinət alanlar. Əmək stajı olmayan şəxslər sosial müavinatlar alırlar. Sosial müavinatlar isə 3 qrupa görə verilir: birinci qrup 67, ikinci — 50 və üçüncü — 43 manat. Bu məbləğ, əlbəttə ki, çox azdır".

Sputnik Mətbuat Mərkəzində "Əlillərin aktual problemləri və onların həlli yolları" mövzusunda keçirilən tədbirdə Davud Rəhimli, həmçinin Əlil Təşkilatlar İttifaqının son bir il ərzində gördüyü işlər haqqında hesabat verib. Tədbirin sonunda isə yekun qətnamə qəbul olunub.

Xəbər lenti
0