CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

30 dəqiqəyə sürücülük vəsiqəsini dəyişdilər

© faktxeber.comsürücülük vəsiqəsi
sürücülük vəsiqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara səyyar xidmət göstərilir. Bu məqsədlə 8 bölgədə - Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ və Qubada səyyar xidmət qrupu yaradılıb.

BAKI, 4 may — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması, sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanları test üsulu ilə qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbulu təmin edilib.

Nazirliyin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, bu sözləri müfəttişliyin rəisi Ağakişi Alıyev Şirvanda sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı keçirilən tədbirdə deyib. O, qeyd edib ki, bu məqsədlə 8 bölgədə — Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ və Qubada səyyar xidmət qrupu yaradılıb.

Tədbirdə 17 rayondan 170 nəfər vətəndaşın sürücülük vəsiqələri banka rüsum ödəməklə ərizə əsasında yenisi ilə dəyişdirilib. Hər bir vəsiqəni dəyişdirilməsi 30 dəqiqəyə həyata keçirilib. Qeyd edilib ki, kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi ilə digər bölgələrdə də səyyar xidmətlər davam edəcək.

Xəbər lenti
0