CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Forum ölkələr arasında strateji tərəfdaşlığın inkişafı baxımdan əhəmiyyətlidir”

Abunə olmaq
Politoloq Salman Umudov VII Qlobal Forumunun Bakıda keçirilməsi haqqında fikirlərini Sputnik-lə bölüşüb.

BAKI, 27 apr — Sputnik. “Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının növbəti Forumu beynəlxalq aləmə güclü müsbət mesaj verməsi baxımından əhəmiyyətlidir”. Bu fikri politoloq Salman Umudov VII Qlobal Forumunun Bakıda keçirilməsi haqqında danışarkən deyib. Azərbaycanın belə mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayan S.Umudov müasir böhranlı dövrdə Forumun ideya və məqsədlərinin də böyük əhəmiyyət daşıdığını bildirib: “Azərbaycan müxtəlif beynəlxalq miqyaslı mötəbər tədbirlərə ev sahibliyi edib. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da bu səpkidən olan tədbirlərdəndir. Mürəkkəb beynəlxalq vəziyyət və münasibətlərlə bağlı məsələləri müzakirə etmək baxımından Forumun əhəmiyyətli rolu var. Forumun Bakıda keçirilməsi ölkəmizin sivilizasiyalararası dialoq çərçivəsində fəaliyyətinə verilən qiymətin nəticəsidir. Azərbaycanda bu istiqamətdə görülən işlər, keçirilən tədbirlər xalqların yaxınlaşması və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə xidmət edir”. 

S.Umudov deyib ki, Forum ölkələr arasında strateji tərəfdaşlığın inkişafı baxımdan da əhəmiyyətlidir: “Bu tədbir beynəlxalq əməkdaşlıq işinə də öz töhfəsini verir. Nəzərə almaq lazımdır ki, 140-dan artıq ölkənin nümayəndəsi Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşıb. Cənab Prezident də Forumdakı çıxışında bunu xüsusi vurğuladı. Dövlətimizin başçısı həmçinin bu tədbir vasitəsilə bir daha dünya ölkələrinə  öz mesajlarını çatdırdı. Dünya birliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasına bir daha şahid oldular”.

Onun sözlərinə görə, Forum Azərbaycanın hansı multikultural dəyərlərə sahib olduğunu nümayiş etdirdi: “Eyni zamanda Forum Azərbaycanın sülh, barış ölkəsi olduğunu göstərdi. Çünki Forumda bu məsələlər ətraflı şəkildə  müzakirə edildi. Bununla da Azərbaycan bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində BMT tərəfindən tanınan ərazi bütövlüyümüz bərpa edilmək şərti ilə sülhün tərəfindədir”.      

Xəbər lenti
0