02:37 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9610

Arıçılar ötən illərdən fərqli olaraq, bu il arılarda xəstəliyin az olduğunu bildirirlər. Bütün bunları nəzərə alaraq cari ilin daha məhsuldar olacağına əmindirlər. Təbii ki, hava şəraiti imkan verərsə...

İlham MUSTAFA, Sputnik Azərbaycan

BAKI, 22 apr — Sputnik. Bu il yazın tez gəlişi və havaların sabit keçməsi bir sıra təsərrüfat sahələri ilə məşğul olanların üzünü güldürüb. Buna, xüsusilə arıçılıqla məşğul olan fermerlər sevinirlər. Havaların xoş keçməsi arıçıların bir neçə ildir, əldə edə bilmədiyi məhsuldarlığı bərpa etməyə həvəsləndirib.

Arıçılıq Azərbaycanda qədim təsərrüfat sahələrindən biridir. Ölkəmizdə arıçılığın geniş yayıldığı bölgələrindən biri də Goranboy rayonudur. Zəngin təbiəti və bitki örtüyü bu ərazilərdə arıçılığın inkişafına təkan verir. Lakin iki ildir ki, havaların əvvəl quraq, ötən il isə yağmurlu olması arıçıların bol məhsul götürməsinə əngəl törədib. Bu il isə hələlik, bu halların baş verməməsi arıçıları ümidləndirir.

20 ilə yaxındır arıçılıqla məşğul olan Telman İsmayılov hazırda arıçılıq üçün havaların qənaətbəxş olduğunu deyir. Onun sözlərinə görə, bu zaman arının "qoşunartırma" dövrüdür.

"İndiki dövrdə arının sayı nə qədər çoxalsa, məhsuldarlıq da bir o qədər çox olacaq. Əgər uzunmüddətli yağış və külək olmasa, məhsuldarlıq da artar", —deyir T. İsmayılov.

  • Arıçılıq təsərrüfatı
    Arıçılıq təsərrüfatı
    © Sputnik / Ilham Mustafa
  • Bal arısı
    Bal arısı
    © Sputnik / Ilham Mustafa
  • Ölkəmizdə arıçılığın geniş yayıldığı bölgələrindən biri də Goranboy rayonudur
    Ölkəmizdə arıçılığın geniş yayıldığı bölgələrindən biri də Goranboy rayonudur
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Arıçılıq təsərrüfatı

Şakir Mahmudov da uzun müddətdir arıçılıqla məşğul olur. Hətta bir neçə arıçı birləşərək "briqada" yaratdıqlarını deyir. Belə olanda köməkli şəkildə, əlaqəli olaraq işləyirlər.

Təsərrüfatçı qeyd edir ki, arının məhsuldarlığını artırmaq üçün, gərək arı gəzdirilə: "Yəni arının uzun məsafə qət edərək bal gətirməsi məhsuldarlığı azaldır. Əgər arı daha çox çiçək olan yerdə yerləşdirilərsə, bu zaman daha az məsafə uçaraq çox bal toplayar. Buna görə köməkli işləmək daha uyğundur".

Arıçılar eyni zamanda, ötən illərdən fərqli olaraq, bu il arılarda xəstəliyin də az olduğunu bildirirlər. Bütün bunları nəzərə alaraq bu ilin daha məhsuldar olacağına əmindirlər. Təbii ki, məhsuldarlıq yaxşı olarsa, qiymətlərdə də ucuzluq olar. Belə olan təqdirdə insanlarımız da bal fırıldaqçılarının qurbanına çevrilməz.

Əlaqədar

Kəndlilərin qorxduqları başlarına gəldi
Fermerlərin satış problemi həll olunur
Dövlət sifariş vermir, fermer də əkmir
Meşə yanğınlarına görə fermerlər cəzalandırılacaq
Teqlər:
Şakir Mahmudov, Telman İsmayılov, hava şəraiti, arıçılıq, Goranboy, fermer

Əsas mövzular