CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük marketlərin başı böyük bəlada

CC0 / Heamer / marketƏrzaq dükanı - supermarket
Ərzaq dükanı - supermarket - Sputnik Azərbaycan
Abunə olmaq
Supermarketlər vergi güzəştləri ilə bağlı nazirə müraciət edib. Ekspertlər sahibkarların bu istəyini birmənalı qarşılamırlar.

Böyük marketlərin başı böyük bəlada
BAKI, 21 apr — Sputnik. Azərbaycanın ən iri supermarketlər şəbəkələrinin rəhbərləri İqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək xahiş ediblər. Sahibkarlar müraciətlərində bildiriblər ki, 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə, Azərbaycanın əsas supermarket şəbəkələrinin mənfəət marjaları minimuma enib.
Marketdə siqaret satışı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Marketlərdə ajiotaj: siqaret böhranı dərinləşir

"Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil. Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub", —deyirlər sahibkarlar.

Onların müraciətində deyilir ki, sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiqi aradan qaldırılsın. Sahibkarlar xahiş edirlər ki, iqtisadiyyat naziri bu problemin həll edilməsi üçün qanunvericilikdə düzəliş təşəbbüsü ilə çıxış etsin.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mətbuata açıqlamasında deyib ki, nazir Şahin Mustafayev aprelin 19-da bəzi supermarketlərin sahibləri ilə görüşüb. Onun sözlərinə görə, nazir sahibkarları dinləyib və onların qaldırdıqları məsələ nəzərdən keçirilir.

Bəs, dövlət səviyyəsində güzəştlər olmasa, iri supermarketlərin fəaliyyəti necə olacaq? İqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, gömrük rəsmiləşdirilməsi qalxdıqdan sonra topdan və pərakəndə satış ticarətində müəyyən problemlərin yaşanacağı gözlənilən idi: "Bu hadisələrə qədər bəzi bəlli mexanizmlərlə bu vəziyyəti idarə edə bilirdilər. İndi rəsmiləşdirmə yüksək səviyyəyə çatdıqdan sonra supermarketlərin və ümumiyyətlə pərakəndə ticarətin işləməsində ciddi problemlər yaranıb".

"Söhbət həm də ondan gedir ki, nəyə görə məhz supermarketlərə bu güzəştlər tətbiq olunmalıdır? Çünki ölkədə son rəqəmlərə görə, orta və xırda satış mərkəzləri də var. Bəs onlara hansı güzəştlər tətbiq olunmalıdır? Ümumiyyətlə, bu, hamıya aid olunmalıdırmı? Bununla bağlı müxtəlif yanaşmalar olsa da, çox təəssüf ki, söhbət ancaq, supermarketlərin fəaliyyətindən gedir", —deyə ekspert bildirdi.

İqtisadçı ekspert Nicat Hacızadə isə düşünür ki, ilk növbədə iri supermarketlərin maliyyə hesabatları açıq olmalıdır: "İri supermarketlərdəki likvidlik dərəcəsi haqqında statistik rəqəmlər yoxdur. Yəni bu gün bizim əlimizdə hər hansı bir resurs yoxdur ki, həmin supermarketin rüblük və ya illik likvidlik səviyyəsini müəyyən edə bilək. Müəyyən bir dövr ərzində lazım olmayan mənfəət marjosundan daha çox götürürdülər. Bizim bildiyimiz süni qiymət artımı məsələsi idi ki, ondan yetərincə gəlirlər əldə elədilər".

Mütəxəssisin sözlərinə görə, bu gün iri supermarketlər məcbur qalıb nazirliyə müraciət edibsə, deməli həqiqətən onların vəziyyəti heç də ürəkaçan deyil: "ƏDV-dən azad edilməklə mümkündür ki, onlar sadələşdirilmiş vergi ödəyicisi olsunlar. Amma, bu da o qədər məqsədəuyğun deyil. Çünki yetərincə böyük faiz dərəcəsindən 4% —lik sadələşmiş vergiyə düşmək büdcəyə köçürülən vergilərin miqyasını azaldır".

Alkoqol - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda xırda marketlər çökür

N. Hacızadənin fikrincə, əslində supermarketlər yox, onların məhsul aldıqları müəssisələr nazirliyə müraciət etməlidir ki, onların üzərində ƏDV götürülsün ki, onlarda topdan satışda qiymətləri aşağı salsınlar.

N. Cəfərli isə hesab edir ki, ƏDV-nin supermarketlər üçün ləğv olunması ölkəyə mal gətirib marketlərə paylayan şirkətlər üçün yeni problemlər yarada bilər: "Bu məsələ ilə bağlı ciddi araşdırmadan sonra ümumi şəkildə qərar verilməlidir. Bütün bunlar bir proqram şəklində həyata keçirilsə, daha effektli olar. Ümumiyyətlə dünya praktikası da onu göstərir ki, böhranlı dövrlərdə hökümətlər gömrük faizlərini və vergi dərəcələrini aşağı salmaqla iqtisadi aktivliyi canlandıra bilirlər. Ona görə də düşünürəm ki, hökümət bir yol xəritəsi hazırlamalıdır. İqtisadi aktivliyi artırmaq üçün vergi dərəcələrini və gömrük rüsumlarını xeyli dərəcədə azaltmaq haqqında düşünməlidirlər. Bu zaman təbii ki, ticarətdə və iqtisadiyyatın digər sahələrində də bir canlanma müşahidə oluna bilər".

"Yox əgər bu, baş verməyəcəksə, uzun zaman diskusiya və müzakirələrə səbəb olub konkret qərarlar olmayacaqsa, təbii ki, ilkin olaraq böyük supermarket şəbəkələrinə ziyan dəyəcək, bir çox filiallarının bağlanmasına şahid olacağıq. Sonradan artıq kiçik və orta sahibkarlara da bu zərbənin dəyməsi ehtimalı var", —deyə iqtisadçı vurğuladı.

Ekspertin sözlərinə görə, ticarət dövrüyyəsinin azaldığı və iş adamlarının gəlirləri azaldığı bir dönəmdə sahibkarlar üçün vergi dərəcələrini ödəmək çox çətindir.

Xəbər lenti
0