06:40 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
383 0 0

Şəhərdəki ticarət və ictimai iaşə obyektləri ard-arda bağlansa da, müəssisə sahibları kirayə haqlarının qiymətlərini endirmək niyyətində deyillər. İkinci dərəcəli ərazilərdə, obyektlərin icarə haqqı hər kvadratmetrə görə 100-150 manat təşkil edir.

BAKI, 20 apr — Sputnik. Bu gün ümumilikdə ölkədə, əsasən də paytaxt Bakıda daşınmaz əmlak bazarında alış-satış yox dərəcəsindədir. Tikinti şirkəti rəhbərləri, ekspertlər etiraf edirlər ki, çox nadir hallarda kimsə nəğd nəsə alır. Çoxluq ya ipoteka ilə, ya da kreditlə əmlak ala bilir. Bir sözlə, bazarda nəğd pul krizisi yaşanır.

Bakının mənzərəsi
© Sputnik / Murad Orujov

Ev alqı-satqısında az da olsa, canlanma olduğunu deyən ekspert Elsevər İsayev, Sputnik-ə açıqlamasında bunu ticarət obyektlərinə şamil edə bilmədiklərini vurğulayıb: "Evlərin satışında kvadrat metrinə görə təklif edilən qiymətlər nisbətən əlçatan olduğuna görə, bu sahədə alış səviyyəsi yüksək olmasa da, var. Amma ticarət obyektləri bu gün özünün ən kabus dövrünü yaşayır. İstər satış, istərsə də icarə qiymətlərində. Sizə adi bir misal çəkim. Keçən günlərin birində, xaricdə yaşayan bir qohumum mənə zəng vurub xahiş etdi ki, Bakıya qayıdanadək mərkəz küçələrdən birində ona obyekt tapım. Tapşırdı ki, kvadrat metri böyük olmasa da olar. Mən də başladım axtarmağa".

"Tapdığım ən ucuz obyektin qiyməti 650 min manat oldu. Nizami metrosundan 6-cı paralel küçəsinə qalxan yolda yerləşən ən ucuz obyektin sahəsi 35 kvadrat idi. Hesabladım və aydın oldu ki, kvadrat metri, hardasa 25 min manata satılır. Başqa yer axtarmağa həvəsim qalmadı", deyir ekspert.

Onun söylədiyi kimi, paytaxtda obyekt qiymətləri "od tutub yanır". Satışda olduğu kimi, icarə haqları da olduqca bahadır. Və bu bahalıq küçələrə görə dəyişir. Metro çıxışlarında, avtobus dayanacaqlarında, yəni əhalinin ən sıx olduğu yerlərdə, obyektlərin icarə haqqı kvadrat metrinə görə 100-150 manat təşkil edir.

  • Bağlanan qadın geyimlər dükanı
    Bağlanan qadın geyimlər dükanı
    © Sputnik / Fuad Hasanov
  • Şəhərin geyim dükanında 70% endirimlər
    Şəhərin geyim dükanında 70% endirimlər
    © Sputnik / Fuad Hasanov
  • Bakının mərkəzində icarəyə verilən ticarət obyekti
    Bakının mərkəzində icarəyə verilən ticarət obyekti
    © Sputnik / Fuad Hasanov
  • İcarəyə verilən satış obyekti
    İcarəyə verilən satış obyekti
    © Sputnik / Fuad Hasanov
1 / 4
© Sputnik / Fuad Hasanov
Bağlanan qadın geyimlər dükanı

Misal üçün, metronun "Memar Əcəmi" stansiyasının çıxışından üzü Yeganə şadlıq evinə gedən yol boyu düzülən obyektlərin icarə qiymətləri minimum 3 min manatdır. Çünki apardığımız araşdırmadan aydın oldu ki, bu küçədə ən kiçik obyektin ölçüsü 30 kvadrat metrdir. Yəni icarədardan, götürdüyü obyektin kvadrat metrinə görə 100 manat alınır. Və təbii olaraq, bu işlə məşğul olan insanlar qiymətlərdən narazılıq edirlər. 

Elə həmin küçədə, Cavadxan 31-də ayaqqabı dükanı işlədən 60 yaşlı Feyzi Orucov Sputnik-in əməkdaşı ilə söhbətində deyib: "Obyektlər bahadır, ala bilmirik. Biz də məcbur icarəyə götürürük. Budur, qiymətlər də belə. Aya min manat xeyir qala-qalmaya. 5 min manat ödəyirəm bu xarabaya görə. Kvadratını 100 manatdan aşağı vermədi".

F. Orucovun dediyinə görə, bu cərgədə ən uzun müddət tab gətirib işləyən 2-3 ticarətçidən biri də elə özüdür: "Gədəbəydən gəlib burda obyekt götürüb işlədən oğlanlar varıydı. Hamısı çıxdı getdi. Gördüyünüz bu küçədə nə qədər tanıdığım adamlar varıydı, arenda qiymətlərinə görə bağlayıb getdilər. Əlbəttə bağlayacaqlar, xeyir olmayandan sonra burda dayanmağın nə mənası varki!? Sahibləri obyektlərə dədələrinin qiymətlərini qoyurlar".

Ticarətçinin dedikləri heç də yalan deyilmiş. Hazırda Cavadxan küçəsində obyekt işlədənlərin yarıdan çoxu təzədir. Bu insanların mövcud icarə qiymətlərinə nə qədər tab gətirəcəyini isə bilmək elə də çətin deyil.

"Yeganə" şadlıq evinə çatmağa 50-60 metr qalmış bir obyekt dəydi gözümüzə. Üzərinə "arendaya verilir" yazılı bir obyekt. Zəng edib həm ölçüsünü, həm də qiymətini soruşduq sahibindən. Telefonumuza cavab verən bir xanım idi. İlk öncə bizdən obyekti nə kimi işlədəcəyimizi soruşdu. Biz də hazırlıqlı olmadığımız üçün "ona sonra qərar verəcəyik" dedik. Obyektin 120 kvadrat metr olduğunu bildirən xanım, start icarə haqqının 12 min manat olduğunu, amma endirim edə biləcəklərini söylədi. Sonra aydın oldu ki, həmin məkanın son qiyməti 9000 manatdır. Yəni kvadrat metri 75 manat.

Ticarət obyektlərinin satış və icarə qiymətləri ilə əlaqəli apardığımız araşdırmalardan bu qənaətə gəlmək olar ki, bu sahədə real bazar qiymətləri tətbiq olunmur. Nə icarədə, nə də satışda. Yuxarıda da qeyd etdiyimiz kimi, əgər 35 kv metrlik obyektin bir kvadratmetri 650 min manata satılırsa, onu alan şəxsin bu pulu çıxarıb özünə xeyir qazanmasına bir ömür yetməz. Yaxud da icarə götürən şəxs. Bu insanlar demək olar ki, ancaq yer haqqını ödəmək üçün işləyirlər. Özlərinə isə çox az xeyir qala ya qalmaya.

Əlaqədar

Dövlət obyektləri hansı prinsiplə özəlləşdiriləcək?
Bakıda ticarət obyektləri yanıb
"Rusiyada Azərbaycan mağazalarının açılmasına ehtiyac var"
İdman malları satılan mağazalarda qiymətlər "əl yandırır"
Şəxsi mağazanı necə acmaq olar?
Teqlər:
müəssisə, icarə haqqı, obyekt, Bakı, paytaxt, qiymət

Əsas mövzular