12:08 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
371 0 0

İnşaat materialları bazarında ciddi durğunluq hökm sürür. Bəzi malların qiymətləri kəskin qalxıb, bəzilərində isə ciddi artım yoxdur. Bununla belə, əhalinin alıcılıq qabiliyyəti sıfıra yaxınlaşıb.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 19 apr — Sputnik. Cənub zonasında tikinti materiallarının ən böhük satış mərkəzi Cəlilabad rayonundadır. Sovet hökuməti dağılandan sonra İran İslam Respublikasında yaşayan iş adamları ilə yerli iş adamlarının arasında sıx iş birliyi yarandı. Elə həmin vaxtdan Cəlilabad Cənub bölgəsində ticarət mərkəzinə çevrildi. İndi də rayonda topdan və pərakəndə şəkildə tikinti malları satan obyektlər məhz buradadır.

Sputnik əməkdaşı bölgədə tikinti materiallarının qiymətləri, satış və tələbatın vəziyyətini öyrənmək üçün, rayonda inşaat mallarının satışı ilə məşğul olan bir neçə obyektə baş çəkərək, durumla maraqlanıb. Əsas mərkəzlərdən (reklam olduğu üçün obyektin adını yazmırı — red.) birinin satış müdiri Muxtar Məmmədovun sözlərinə görə, hazırda satış demək olar ki, dayanıb.

  • Cənub zonasında tikinti materiallarının ən böhük satış mərkəzi Cəlilabad rayonundadır
    Cənub zonasında tikinti materiallarının ən böhük satış mərkəzi Cəlilabad rayonundadır
    © Sputnik / Rahim Zakiroğlu
  • Qiymətlərin qalxmasına əsas səbəb də malların xaricdən gəlməsidir
    Qiymətlərin qalxmasına əsas səbəb də malların xaricdən gəlməsidir
    © Sputnik / Rahim Zakiroğlu
  • Taxta Rusiyadan, dəmir məmulatları isə həm Rusiya, həm də Çindən gətirilir
    Taxta Rusiyadan, dəmir məmulatları isə həm Rusiya, həm də Çindən gətirilir
    © Sputnik / Rahim Zakiroğlu
  • Dam örtükləri
    Dam örtükləri
    © Sputnik / Rahim Zakiroğlu
  • Elektrik mallarının qiymətlərində artım var — 40-50%
    Elektrik mallarının qiymətlərində artım var — 40-50%
    © Sputnik / Rahim Zakiroğlu
  • Ssantexnik materiallarında isə elə də artım yoxdur
    Ssantexnik materiallarında isə elə də artım yoxdur
    © Sputnik / Rahim Zakiroğlu
  • Sementin qiymətində cəmi 3-4% artım olub
    Sementin qiymətində cəmi 3-4% artım olub
    © Sputnik / Rahim Zakiroğlu
1 / 7
© Sputnik / Rahim Zakiroğlu
Cənub zonasında tikinti materiallarının ən böhük satış mərkəzi Cəlilabad rayonundadır

"Qiymətlər stabil idi, ötən il yaşanan 2-ci devalvasiyadan sonra inşaat materiallarının qiymətləri kəskin bahalaşdı. Sonra bu ilin yanvar ayında enmə oldu, amma fevral ayından sonra yenidən bahalaşma oldu. Ərzaq malları və figər malların qiymətlərində enmə olsa da, inşaat mallarının qiyməti artdı. Bizdə satılan əkər mallar xaricdən gətirilir", —deyə müsahibimiz bildirdi.

Onun sözlərinə görə, qiymətlərin qalxmasına əsas səbəb də malların xaricdən gəlməsidir: "Taxta Rusiyadan, dəmir məmulatları isə həm Rusiya, həm də Çindən gətirilir deyə bahalaşıb. Bu səbəbdən, baxmayaraq ki, indi tikinti mövsümüdür amma satış yox dərəcəsindədir".

Yerli istehsal olan malların qiymətinə gəlincə, satış müdiri yerli malların qiymətlərində elə də fərq yoxdur: "Cəmi 3-4% artım olub. O da sement, alçıban və alçılarda var. Alçıbanın mart ayında bir ədədi 7 manat idisə, indi 9 manat olub. Kərpiclər Salyandan gətirilir və kərpiclərin qiymətində, əksinə azalma var".

İnşaat mallarının satışının həyata keçirən növbətin mağazanın sahibi Kənan Əsgərov isə, mağazada olan əksər materialların devalvasiyadan əvvəl gətirildiyini dedi: "Satış azalıb deyə bizim mallarda qiymət artımı yoxdur. Hamısı köhnə qiymətlərlədir. Bəzilərində isə qiymət artımı var".

Onun sözlərinə görə, elektrik mallarının qiymətlərində artım var — 40-50%, santexnik materiallarında isə elə də artım yoxdur: "Su qızdırıcıları əvvəllər 180 manat idi, indi isə 200 manatdır. Dükanımızda malların bəzilərini faizə satırıq. Yəni inşaat mallarının satışı ilə məşğul olan şirkətlər öz mallarını qoyurlar dükanımızda satışa, biz də faiz hesabına satışı həyata keçiririk. Boyaların qiymətləri 1 manat 50 qəpik enib, elə satışı da".

"İnşaat satışı mövsümi satış sayılır. Çünki tikinti və təmir işləri yaz və yay aylarında getdiyi üçün satış da elə məhz həmin mövsümdə həyata keçirilir. Payız və qış aylarında satış olmur. İndi qışı geridə qoymuşuq, amma 2-ci devalvasiyadan sonra alıcılıq yox səviyyəsindədir".

Məlumat üçün bildirək ki, digər inşaat satışı mağazalarında da eyni vəziyyət hökm sürür.

Əlaqədar

Moskva aeroportunun tikintisi türk şirkətinə həvalə edildi
Gəncədə yol tikintisinə 12 milyon manat ayrıldı
Bakıda metro tikintisində yanğın baş verib
Masazırda yaşayış binalarının tikintisi üçün böyük təhlükə var
Yaponiya Marsda gələcək bazanın tikintisi üçün robotlar hazırlayacaq
“Körpü-Bina-Tikinti” MMC-dən oğurluq edənlər hələ tutulmayıblar
Teqlər:
material, inşaat, Cənub zonası, tikinti, devalvasiya, qiymət

Əsas mövzular