17:41 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
27801

Adil Qeybulla: "Avitaminoz xüsusilə yazda üstünlük təşkil edir, çünki qış vaxtı bizim vitaminlərlə zəngin olan qidaları qəbul etmək imkanımız olmur"

BAKI, 15 apr — Sputnik. Vitaminlər sağlam həyatın ayrılmaz bir hissəsidir. Onlar insan orqanizmində sağlam proseslərin getməsi və immunitetin xəstəliklərlə mübarizə aparması üçün vacibdir. Qəbul etdiyimiz qidanın tərkibində yetərincə vitamin olmayan zaman orqanizmdə vitamin çatışmazlığı — avitaminoz yaranır. Sinqa, raxit, boyatmanın ləngiməsi, iştah pozğunluğu və bir çox digər xəstəliklərin səbəbi məhz avitaminoz olur.

Tibb elmləri doktoru, həkim Adil Qeybulla Sputnik-ə açıqlamasında bildirib ki, avitaminoz əsasən yaz aylarında qeydə alınır və bu vaxt müşahidə olunan xəstəliklərin böyük bir hissəsi məhz onunla bağlıdır.

"Avitaminoz xüsusilə yazda üstünlük təşkil edir, çünki qış vaxtı bizim vitaminlərlə zəngin olan qidaları qəbul etmək imkanımız olmur. Beləcə avitaminoz artır və yazda kulminasiya mərhələsinə yetişir. Müəyyən xəstəlikləri olan və dieta saxlayan şəxslər yaxşı olar ki, parallel olaraq vitaminlər qəbul etsinlər. Çünki vitaminlər həyat üçün çox vacibdir və bioloji proseslərin getməsi üçün ciddi önəm kəsb edir", — deyə Adil Qeybulla bildirib.

Avitaminozun çox ciddi bir məsələ olduğunu qeyd edən həkim onu da əlavə edib ki, onun digər səbəbləri də olur. Bu səbəblərdən biri də odur ki, mədə-bağırsaq xəstəlikləri zamanı vitaminlərin sovurulmaması lazım olur. Bu zaman da orqanizmdə vitamin çatışmamazlığı yaranır.

Əlaqədar

E vitamininin orqanizmə və dəriyə təsiri
Orqanizmdə vitamin çatışmayanda nələr baş verir?
Vitamin çatışmazlığı bu xəstəliklərə səbəb olur
Teqlər:
fəsil, avitaminoz, Adil Qeybulla, vitamin çatışmazlığı, vitamin

Əsas mövzular