12:15 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
35 0 0

"Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməsə, müvafiq addımlar atılmalıdır. Ümid edirik ki, nəticə olacaq və torpaqlarımız azad ediləcək. Əks halda Sizdən xahiş edirik ki..."

BAKI, 6 apr — Sputnik. Aprelin 6-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının və Milli QHT Forumunun təşkilatçılığı ilə cəbhədəki vəziyyətlə bağlı QHT-lərin toplantısı keçirilib. Sputnik xəbər verir ki, tədbirdə Azərbaycan prezidenti İlham Əliyevə, bir sıra beynəlxalq qurumlara, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin prezidentlərinə müraciətlər qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev və başqaları son günlər təmas xəttində baş verən hadisələrdən danışıb, Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarına layiqli cavab verdiyini söyləyib. Prezident İlham Əliyevə ünvanlanan müraciətdə erməni təxribatına cavab olaraq ordumuzun apardığı əməliyyatlardan bəhs edilib, belə bir peşəkar ordunun formalaşması və ortaya qoyulan qətiyyətə görə dövlət başçısına təşəkkür edilib.

Müraciətdə bildirilib ki, əgər Ermənistan elan olunan atəşkəs dövründən nəticə çıxarıb, Azərbaycan torpaqlarını işğaldan azad etməsə, müvafiq addımlar atılmalıdır: "Ümid edirik ki, nəticə olacaq və torpaqlarımız azad ediləcək. Əks halda Sizdən xahiş edirik ki, torpaqların azad olunması istiqamətində işi davam etdirəsiniz. QHT-lər bu istiqamətdə Sizin hər bir addımı dəstəkləyir".

BMT-nin Baş katibinə, ATƏT-in sədrinə, ATƏT Parlament Assambleyasının sədrinə, NATO-nun Baş katibinə, Avropa Şurasının sədrinə, Avropa Parlamentinin sədrinə, Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinə ünvanlanan müraciətdə 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana qarşı heç bir təsirli addım atılmadığı deyilib: "Azərbaycan QHT-ləri Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməsini, Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün müvafiq təsirli tədbirlər görməyə çağırırıq".

Toplantıda o da vurğulanıb ki, sabah ABŞ Konqresinin saytında Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı dəstək petisiyası yerləşdiriləcək, QHT-lər bu petisiyada fəal iştiraka dəvət edilib.

Əlaqədar

Anasına şəhid olacağını dedi və sözünü tutdu...
Hərbi texnikalarımız cəbhə bölgələrindən geri çəkilir
Onları doğulan gündən müharibə təqib edir...
Əcnəbi jurnalistlər Azərbaycanın cəbhə bölgəsinə yolandılar
QHT-lərin bank hesabları üzərindəki həbs qərarı götürüləcək
Teqlər:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, QHT, Azay Quliyev, Prezident, Qarabağ

Əsas mövzular